Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Baş nazirin müavini: "Rəqiblərimiz "sosial şəbəkə" pərdəsi arxasında gizlənib tərbiyəsizlik edirlər"

Media24.az      14 İyun , 20:19
Baş nazirin müavini:

"Bizim rəqiblərimiz açıq siyasi meydanda üz-üzə gəlməkdən qorxaraq, "sosial şəbəkə" pərdəsi arxasında gizlənib tərbiyəsizlik edirlər".

 

Media24.Az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı gənclərlə görüşdə deyib.

 

Ə.Əhmədov bildirib ki, YAP gəncləri sosial şəbəkələrdə aktiv fəaliyyət göstərirlər: "İstərdim ki, gənclərimiz bu sahədə son dərəcə fəal olmaqda davam etsinlər. Çox təəssüflər olsun ki, rəqiblərimiz bu texnoloji imkanlardan siyasi etikaya uyğun gəlməyən formada istifadə edirlər. Bu gün sosial şəbəkələrdən sui-istifadənin qarşısını almaq mümkün deyil. Yəqin gələcəkdə bu texnoloji imkandan sui-istifadə etmək imkanları mümkün olmayacaq. Rəqiblərimiz üz-üzə gələ bilməyərək sosial şəbəkələr arxasında gizlənib tərbiyəsizlik edirlər, sosial şəbəkələrdən Azərbaycanın adına uyğun gəlməyən formada istifadə edirlər".

 

Baş nazirin müavini bu cür insanların fəaliyyətinə imkan yaratmamağa çağırıb: "Mən istərdim ki, gənclərimiz sosial şəbəkələrdən siyasi etikaya, insanlığa uyğun gəlməyən formada istifadə edən insanlara meydan verməsinlər".

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla