Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Məktəbli qıza elçi düşdü, "YOX" cavabı aldığı üçün onu... - TƏFƏRRÜAT (YENİLƏNDİ)

Media24.az      14 İyun , 14:02

Media24.Az xəbər verir ki. Korarx kənd sakinlərinin publika.az-a verdiyi məlumata görə, qızı oğurlayan şəxs qonşularıdır. R.Xəlilov C.Abdullayevanı ailə qurmaq məqsədilə qaçırıb.

 

Sakinlər deyir ki, hadisə 2-3 gün əvvəl baş verib: "Qız hələ 11-ci sinifdə oxuyur, 17 yaşı bu ay tamam olacaq. Onu qaçıran R.Xəlilov isə 1985-ci il təvəllüdlüdür. O, C.Abdullayeva ilə ailə qurmaq üçün elçi düşsə də, qız və ailəsi razı olmayıb. Ondan sonra qızı qaçırmaq qərarı verib.

 

Ailəsinin şikayəti əsasında o kənd ərazisində saxlanılıb. Qız ailəsinə təhvil verilib".

 

Maqsud Mustafayev isə kənd sakini deyil. O, qızı qaçırtmaqda R.Xəlilova köməklik edib.

 

***

 

Ağdaş rayonunda iki nəfər həmkəndliləri olan qadını oğurlayıb.

 

İyunun 12-də rayonunun Korarx kəndinin ərazisində, rayon sakini Rövşən Xəlilov Maqsud Mustafayevlə birgə həmkəndlisi C.Abdullayevanı oğurlayıblar.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanılıb.

 

R.Xəlilov və M.Mustafayev Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla