Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

DİN-dən jurnalisti təhqir edən generalla bağlı açıqlama: "Ərziman Əliyev fərdi qaydada məsuliyyət daşıyır "

Media24.az      14 İyun , 12:59
DİN-dən jurnalisti təhqir edən generalla bağlı açıqlama:

Xəbər verdiyimiz kimi general Ərziman Əliyev tərəfindən jurnalist Əli Cahangiroğlunun təhqir olunması cəmiyyətdə birmənalı qarşılanmayıb və hər kəs generalın qeyri-etik rəftarını pisləyir.Sosial şəbəkələrdə və informasiya resurslarında Ərziman Əliyev DİN-in yüksək vəzifəli məmuru kimi təqdim edilir.

 

Media24.Az xəbər verir ki, Unikal.org-a açıqlama verən Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə adıçəkilən polis general-mayorunun təqüdə göndərildiyini bildirib:

 

"Keçmiş Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyevi 2 il öncə vəzifəsindən kənarlaşdırıb.O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.Ərziman Əliyev artıq pensionerdir.Özünüzdə bilirsiz ki, neçə-neçə şəxslər Daxili İşlər orqanlarından təqüdə göndərilir.Pensiya müddətində isə o, adi şəxsdir.Ona görə də Ərziman Əliyev fərdi qaydada məsuliyyət daşıyır.İstənilən halda jurnalistlə bu cür rəftar xoşagələn hal deyil".

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla