Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

"Muasir gənclərin əksəriyyəti milli mahnılarımızdan uzaq düşüblər"

Media24.az      13 İyun , 15:56

"Muasir Gənclərin əksəriyyəti milli mahnılarımızdan uzaq düşüblər. Kolifey sənətkarları tanımırlar".

 

"Deyim ki, muğam sevən gənclər də var. Həm də düşünürəm ki, milli mənəvi keyfiyyətlər insanın içində olmalıdır. Sosial şəbəkələrdə Azərbaycan İncilərini yartmaqda məqsədim Azərbaycan musiqisini, o cümlədən muğamını, onun tarix və ənənələrinin dəqiq faktiki məlumatlarla müasir gəncliyə çatdırmaq, muğam sevərləri dəstək üçün bir araya gətirmək, sülhə, əməkdaşlığa, dostluğa xidmət edən möhtəşəm milli muğamı Azərbaycanda təbliğ etmək və tövhə verməkdir.“Bildiyiniz kimi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib.

 

Biz də özümüzə bir azərbaycanlı gənci kimi borc bilib könüllü olaraq "Azərbaycan İnciləri" qrupunu yaratdıq ki, muğamımızı nəyin ki Azərbaycanda, ölkəmizdən kənarda da təbliğ edək. Bizim "Azərbaycan İnciləri" qrupumuz Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizm imkanları, İslam sivilizasiyasının inkişafına verdiyi töhfələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalının acı nəticələri haqqında hərtərəfli məlumatlandırmaq məqsədi daşıyır. Səhifəmizdə Azərbaycan muğam sənətinin vacib tərkib hissəsi kimi Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı məlumatlar öz əksini tapır”-deyə o bildirib".

 

Azərbaycanda sosial şəbəkələrdə "Azərbaycan İnciləri" layihəsin rəhbəri Nicat Müslümov

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla