Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

“Bakı Bus” təhlükəli görüntüləri yaydı - Video

Media24.az      13 İyun , 12:32

Bakı Bus MMC avtobuslarının yoluna çıxan avtomobillərin yaratdığı təhlükəli vəziyyətlərlə bağlı görüntüləri yayıb.

 

MMC-dən Media24.Az-a verilən məlumata görə, “Bakı Bus” avtobuslarını idarə edən sürücülər digər nəqliyyat vasitələri sürücülərinin yol-hərəkət qaydalarını pozması nəticəsində yaranan təhlükəli vəziyyətlər zamanı qəzalardan yayınmaq məqsədilə əyləcdən istifadə etmək məcburiyyətində qalır. Bu hal isə sərnişinlərdə narahatlıq yaradır və onlar Bakı Bus MMC-yə müraciət edirlər.

 

Bakı Bus MMC-yə sərnişin tərəfindən edilən müraciətin araşdırılması zamanı məlum olub ki, mayın 24-ü saat 12:37-də Hüseyn Cavid prospektində 3 nömrəli marşrut xətti üzrə hərəkət edən Bakı Bus MMC-yə məxsus avtobusun qarşısına qəflətən minik avtomobili çıxıb. Baş verə biləcək qəzadan yayınmaq üçün avtobusun sürücüsü əyləcdən istifadə etmək məcburiyyətində qalıb. Bu zaman avtobusda olan bəzi sərnişinlər yıxılıb.

 

Həmçinin, mayın 29-u saat 09:37-də 5 nömrəli marşrut xətti üzrə hərəkət edən Bakı Bus MMC-yə məxsus avtobusla bağlı Rəşid Behbudov küçəsində də oxşar hadisə baş verib.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla