Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Məşhur professordan QARPIZLA BAĞLI ŞOK SÖZLƏR - İNANMAYACAQSINIZ

Media24.az      13 İyun , 11:58
Məşhur professordan QARPIZLA BAĞLI ŞOK SÖZLƏR - İNANMAYACAQSINIZ

Daxili Xəstəliklər üzrə mütəxəssis, kardioloq və professor Canan Karatay Ramazan bayramı ilə bağlı xəbərdarlıqlar edib.

 

Media24.Az publika.az-a  istinadən xəbər verir ki, kardioloq bayram günlərində şirniyyatlardan uzaq durmağı tövsiyə edib. C.Karatayın sözlərinə görə, bütün qənnadı məhsullarının tərkibi qlükoza və fruktoza ilə zəngin olduğu üçün menyudan çıxartmaq və ya çox az yemək lazımdır:

 

“Qarğıdalı siropu (qlükoza və fruktoza qarışığı) ağ şəkərdən 10 qat daha zərərlidir. Hüceyrələri pozur və qaraciyərə zərər verir. Qarğıdalı siropu şəkərdən daha çox təhlükəli maddədir”.

 

Karatay bayramda konfet və hazır şirniyyat məhsullarını fındıq, fıstıq kimi çərəzlərlə əvəz etməyi məsləhət görüb. Şəkərin ən böyük zəhər olduğunu bildirən Karatay uşaqlara quru əncir, quru ərik və kişmiş kimi faydalı meyvə quruları verməyi tövsiyə edib.

 

Bayramdan bayrama yalnız bir dilim şirniyyat yediyini dilə gətirən Karatay şirəli şirniyyatlardan uzaq dayanmaq barədə də xəbərdarlıqlar edib.

 

Məşhur professor kənd təsərrüfatı dərmanları ilə yetişdirilmiş meyvələrin ziyanlarını da diqqətə çatdırıb. Karatay ən sağlam meyvənin qurdlu alma və zeytun olduğunu dilə gətirib.

 

Canan Karatay açıqlamasında qarpızın zərərlərindən danışıb: “Mən qarpız pəhrizi filan tanımıram. Qarpız, qovun triqliserid dediyimiz təhlükəli yağları, habelə qanda urik turşusunu yüksəldir. Qovun və qarpız maye şəkərdir. Şəkər və ya podaqra xəstəliyiniz varsa, vəziyyəti daha da şiddətlənir və qaraciyərinizdə, qarnınızda, buxağınızda, bir sözlə bədəninizdə yağlanma artır”.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla