Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Azərbaycanlını alçaldıb videoya çəkdilər - Mer saxlanıldı - YENİLƏNİB - VİDEO

Media24.az      13 İyun , 12:55
Azərbaycanlını alçaldıb videoya çəkdilər - Mer saxlanıldı - YENİLƏNİB - VİDEO

Gürcüstanın Marneuli rayonunun icra başçısı Temur Abazov saxlanılıb.

 

Media24.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan prokurorluğu məlumat yayıb. Temur Abazov Gürcüstan hökumətini tənqid edən şəxsi alçaltmaqda şübhəli bilindiyi üçün prokurorluğa çağırılıb.

 

Belə ki, Tiflisdə etiraz aksiyaları zamanı milyarder Bidzina İvanişvili və Marneuli merinin ünvanına senzurasız ifadələr işlədən azərbaycanlının görüntüləri yayılmışdı. Ardınca internetdə yayılan növbəti videoda həmin azərbaycanlının təhqir edilərək alçaldıldığı əks olunub. Həmin şəxs kamera qarşısında üzr istəyib və kiminsə əmri ilə öz sidiyi ilə əl-üzünü yuyub.

_________

11:37

 

Gürcüstanın Birinci kanalı Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Temur Abazovun  saxlanıldığı barədə xəbər yayıb.

 

Media24.Az APA-ya istinadən xəbər verir ki, ölkənin Baş Prokurorluğu xəbəri təsdiqləyib.

___________

Gürcüstanın Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Temur Abazov prokurorluğa çağırılıb.

 

APA-nın məlumatına görə, prokurorluqda T. Abazovun yer aldığı iddia olunan və Feysbuk sosial şəbəkəsində yayılmış video-görüntü ilə bağlı araşdırmaya başlanıb. Araşdırma qeyri-insani və ləyaqəti alçaldan rəftar faktı üzrə aparılır.

 

İyunun 11-də Tbilisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs "Facebook" üzərindən canlı yayım edərək T. Abazov və "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E. Allahverdiyevin alçaldılaraq, üzr istədiyi video-görüntü sosial şəbəkədə yayılıb. Video-görüntüdə T. Abazovun da olduğu iddia olunur.

 

Video qısa zaman ərzində sosial şəbəkədə geniş yayılıb və istifadəçilərin hiddətinə səbəb olub.

 

T.Abazov öz növbəsində video-görüntülərdən xəbəri olmadığını bildirib.

 

E. Allahverdiyev məsələ ilə bağlı artıq Marneuli polis bölməsində dindirilib.

 

Qeyd edək ki, video-görüntülərlə bağlı məsələ Gürcüstan ictimaiyyətində son günlər ən çox müzakirə olunan mövzuya çevrilib.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla