Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Prezidentin mesajı İrəvana deyil: Hədəf tam fərqlidir!

Media24.az      9 İyun , 10:11
Prezidentin mesajı İrəvana deyil: Hədəf tam fərqlidir!

Prezidentin bu çıxışı əslində Ermənistanın yeni rəhbərliyinə sonuncu xəbərdarlıqdır.

 

Bu sözləri axar.az-a Prezident İlham Əliyevin iftar mərasimində Ermənistanın yeni rəhbərliyini real danışıqlara çağırması ilə bağlı danışarkən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

 

“Əslində, hər şey bəllidir. Prezidentin bu çıxışı Ermənistanın yeni rəhbərliyinə sonuncu xəbərdarlıqdır. Ermənistan Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı artıq işə başlamaq üçün ciddi ölçülər götürməlidir. Əks təqdirdə məsuliyyət İrəvanın üzərinə düşəcək”, - T.Zülfüqarov bildirib.

 

Sabiq nazir ölkə başçısının işğalçıya son xəbərdarlığını təqdir edib:

 

“Paşinyanın ilk addımları da sübut etdi ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsini istəmir. Bu baxımdan prezidentin son xəbərdarlığında əsas ünvan Ermənistan yox, məhz beynəlxalq ictimaiyyət idi. Heç kəsə sirr deyil ki, Ermənistanın yeni iqtidarı ədalətli sülhün bərpasına hazır deyil və işğalçılıq siyasətini davam etdirmək niyyətindədir. Hesab edirəm ki, Azərbaycan Qarabağ məsələsinin həlli ilə bağlı öz təkliflərini verdi və Ermənistanı yenidən səhvə yol verməməyə çağırdı. Əgər İrəvan işğalçılıq siyasətini davam etdirsə və Bakının təklifini nəzərə almasa, baş verənlərin məsuliyyətini məhz Ermənistan daşıyacaq”.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla