Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Xaçmazda əməliyyat: Həyətini narkotik plantasiyasına çevirən qadın saxlanılıb - VİDEO

Media24.az      27 May , 21:52
Xaçmazda əməliyyat: Həyətini narkotik plantasiyasına çevirən qadın saxlanılıb - VİDEO

Həyətini narkotik plantasiyasına çevirib. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən Xaçmazdakeçirilən əməliyyatla həmin qadın saxlanılıb. Polis onun həyətyanı sahəsindən xeyli çətənə bitkisi aşkar edib.

 

Qadın polislərə əkib becərdiyi narkotik maddələrin yerini göstərir.

 

Xaçmazda həyətini narkotik plantasiyasına çevirən qadın saxlanılıb.

 

Media24.Az xezerxeber.az-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

 

Belə ki,polis şöbəsinə məlumat daxil olub ki, şəhər sakini Umusəlmə Ağayevaya məxsuz evdən və həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilmiş küllü miqdarda narkotik xassəli çətənə - Kannabis bitkiləri var. Polis dərhal əməliyyat qrupu yaradaraq həmin ünvana gəlib.

 

Hal şahidlərinin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı oradan hündürlüyü 35-50 sm olan 2 min 153 ədəd çətənə kolu, evin eyvanından və qaraj hissəsindən isə hündürlüyü 100-120 sm olan dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu, çətənə bitkilərinin toxumu və qablaşdırmaq üçün istifadə olunan kibrit qutuları aşkar olunub.

 

Qadın elə hadisə yerindəcə polis tərəfindənsaxlanılıb. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı həmin qadın çətənə kollarını özü becərdiyini bildirib. Umusəlmə Ağayeva həmin zəhərli maddələri satış üçün əkib-becərdiyini bildirib. Faktla bağlı onun barəsində rayon polis şöbəsində cinayət işi başlanıb.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla