Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Qurban Qurbanov: "Qırğızıstan yığmasını çox ciddiyə alıram"

Media24.az      27 May , 19:45
Qurban Qurbanov:

"Millətlər Liqası üçün sonuncu - üçüncü toplanışımızdır. Futbolçularımızı yaxşı hazırlamaq və onların meydanda bir-birilərini daha yaxşı anlamaları üçün toplanışlar önəmlidir. İnanıram ki, yarışın startına qədər komanda tam hazır olacaq. Get-gedə futbolçuların təcrübələrinin artdığını hiss edirəm".

 

Milli.Az report.az-a istinadən bildirir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstan yığmasına qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib.

 

46 yaşlı mütəxəssis bu gün təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

 

İndi dəvət etdiyiniz futbolçuları Millətlər Liqası üçün yekun heyət adladırmaq olar?

 

- Elə deməzdim. Hər zaman axtarışdayıq. Daha hazırlıqlı futbolçuları çağırmağa çalışırıq. Lakin elə mövqelər var ki, futbolçunun hazırlıq durumu tam qane etməsə də, çağırırıq. Bu da onun təcrübəsindən irəli gəlir.

 

Qırğızıstan millisinin heyəti elə də güclü deyil. Bu rəqiblə oyun bizə nə verəcək?

 

- Bu rəqibi çox ciddiyə alıram. Qırğızıstan millisinin zəif olduğunu deməzdim. Heç bir komanda barəsində mənfi fikirdə olmamışam.

 

Azərbaycan kubokunun finalında iştirak edəcək "Keşlə" və "Qəbələ"nin futbolçuları Qırğızıstana qarşı oynayacaqlar?

 

- Xeyr. Final mayın 28-də olacaq. Bizim matç isə ertəsi gündür.

 

Riçard Almeydanın zədəsi ciddidir, yoxsa yeni klubu ilə danışmaq üçün düşərgəni tərk edib?

 

- Durumu ciddidir. Bu toplanışda bizimlə olmayacaq. Bu səbəbdən düşərgədə yoxdur.

 

"Qəbələ"nin futbolçusu Cavid Hüseynov intizamsız hərəkətləri ilə yadda qalır. Bu barədə nə deyə bilərsiniz?

 

- Belə şeylərə diqqət yetirirəm və onun hərəkətlərini xoşlamıram. Cavid milli üçün vacib futbolçudur. Final oyunundan əvvəl onunla danışmaq istəmədim. Amma finaldan sonra onunla ciddi söhbət edəcəyəm.

 

Növbəti toplanışda Azər Əliyev və ya Deniz Yılmaz kimi legioner həyatı yaşan oyunçuları çağıracaqsınız?

 

- Dəfələrlə demişəm ki, çempionatın səviyyəsi aşağıdır, oyunların sayı azdır. Legioner futboçulara ehtiyac var. Təkcə Azəri deyil, adlarını açıqlamaq istəmədiyim izlədiyimiz futbolçular var. Qarşıdakı toplanışlara daha yaxşı çempionatlarda çıxış edən oyunçuları dəvət etmək fikrimiz var

 

Kamran Ağayev kapitan meyarlarına cavab verir?

 

- Kamrandan hər an nə desən, gözləmək olar (gülür). Çox dəyişib, onunla söhbətlərimiz olub. Amma bəzən çempionatda da öz köhnə vərdişlərindən əl çəkmir. Kapitan kimi bizi qane edir. Amma bu o demək deyil ki, kapitan dəyişilməzdir.

 

"Qarabağ"ın yerli futbolçularına xarici klublardan dəvət var?

 

- Konkret təklif olan futbolçu yoxdur. Bəlkə hansısa menecerlər maraqlanıb.

 

Yığmada ən problemli mövqe hansıdır?

 

- Bu gün problemi olmayan komanda yoxdur. Heyətdən çox bizim başqa problemlərimiz var. Çox istərdim ki, oyunçularımız ölkə xaricində çıxış etsinlər. Çempionatın səviyyəsi aşağıdırsa, orada oynayanların da səviyyəsi düşəcək. Bizi daha çox bu məqam narahat edir. Yığmaya gələnlər işlərinə məsuliyyətlə yanaşmağa çalışırlar.

 

Ağabala Ramazanov və Rahid Əmirquliyev niyə "Qarabağ"da əsas heyət üzvünə çevrilmədilər?

 

- Bir futbolçu daim eyni səviyyədə çıxış edə bilməz. Yığmanın qapılarının artıq onların üzlərinə qapandığını düşünmürəm. Öz klublarında oynasınlar, lazım gəlsə, dəvət alacaqlar.

 

Araz Abdullayev, Ufuk Budak və Bədavi Hüseynovun durumu necədir?

 

- Araz Abdullayevin durumu yaxşıdır. Bədavi Hüseynovun da vəziyyəti yaxşılığa doğru gedir. İndi məşqlərini komanda ilə birgə edir. Sadəcə olaraq, oyun praktikası azdır. Bəlkə, yoldaşlıq matçlarından birində 30 dəqiqə forma geyinəcək. Ufuk Budak da zədə üzündən 2 ay oynamayıb. O, yığmadan qabaq "Qarabağ"da bizimlə birgə məşq edirdi. Qırğızıstanla görüşdə əsas heyətdə yer almaycaq.

 

Millətlər Liqasındakı rəqiblərimizin oyunları ilə maraqlanırsınız?

 

- Çoxdan başlamışıq. Hətta oyunlarına canlı baxmışıq.

 

Ümumilikdə 9 futbolçunun "Qarabağ"dan ayrılması azarkeşlər arasında narahatçılığa səbəb olub. Bu barədə nə deyə bilərsiniz?

 

- Narahatçılıq hamımızda var. Belə hallar tez-tez olur. Düzdür, bu il gedənlərin sayı çox oldu. Yaxın günlərdə yoluna qoyacağıq. İndi fikrimizi milli komandaya yönəltmişik. 

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla