Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Prezidentdən anons: Bir neçə gündən sonra...

Media24.az      27 May , 10:06
Prezidentdən anons: Bir neçə gündən sonra...

Azərbaycan regional əməkdaşlıq formatında çox fəal çalışır. Biz regional əməkdaşlıq formatlarının yaradılmasına çalışmışıq və demək olar ki, buna nail ola bilmişik.

 

Media24.az xəbər verir ki, bu barədə ADA Universitetində məzun günü ilə əlaqədar təşkil olunmuş tədbirdə çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Prezidentin sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə hazırda bölgədə dörd üç və dördtərəfli regional əməkdaşlıq formatı mövcuddur:

 

"Biz bu əməkdaşlıq formatlarının təşəbbüskarı olmuşuq. Onların çox praktiki mənası var. Bu əməkdaşlıq bu formatlarda iştirak edən bütün ölkələr üçün faydalıdır. Bu işi davam etdirəcəyik. Biz bu bölgədə yaşayırıq və əlbəttə, bölgədə sülhün, sabitliyin təmin edilməsi, o cümlədən beynəlxalq əməkdaşlıqdan asılıdır. İşğalçı Ermənistandan başqa bizim heç bir ölkə ilə heç bir problemimiz yoxdur. Əksinə, bizim bütün ölkələrlə əlaqələrimiz inkişaf edir. Bu əlaqələr bərabərhüquqlu əlaqələrdir, qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq əsasında formalaşan əlaqələrdir. Biz heç bir ölkənin daxili işinə heç vaxt qarışmamışıq və qarışmırıq. Əlbəttə ki, eyni yanaşmanı bütün ölkələrdən gözləyirik və bunu təmin edirik. Ona görə regional çərçivədə əməkdaşlıq əlbəttə ki, ikitərəfli əlaqələrin üzərində qurulub. Biz bu ikitərəfli əlaqələri çoxtərəfli əlaqələrə çevirə bilmişik.

Bu gün Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəhəng enerji və nəqliyyat layihələrinin uğurla icra edilməsi, o cümlədən regional vəziyyətdən də asılıdır: “Biz bu vəziyyəti özümüz dəyişdiririk, müsbətə doğru dəyişdiririk. Bizim xarici siyasət konsepsiyamızda qarşılıqlı faydalı əməkdaşlıq xüsusi yer tutur. Biz hesab edirik ki, qonşu ölkələr, dost ölkələr bir-birinə kömək etməlidir, bir-birinin problemlərini qəbul etməlidir və birgə səylərlə problemlərin həlli işində çalışmalıdırlar”.

 

Prezident Azərbaycanın çox uğurlu enerji diplomatiyası apardığını qeyd edib: “Bizim nəhəng enerji layihələrimiz, o cümlədən böyük dərəcədə diplomatik səylər nəticəsində mümkün olub. Əlbəttə ki, burada bir neçə amil öz rolunu oynayır - həm iqtisadi baxımdan Azərbaycanda mövcud olan gözəl investisiya iqlimi, sabitlik, əmin-amanlıq, beynəlxalq əməkdaşlıq və həm də bizim diplomatik səylərimiz. Çünki biz enerji layihələrimizi ancaq qonşu və dost ölkələrlə birlikdə icra edə bilərik. Bizim açıq dənizlərə çıxışımız yoxdur. Ona görə istənilən enerji layihəsi beynəlxalq əməkdaşlıq tələb edir. Ona görə enerji diplomatiyamız da çox uğurlu olub və bu gün bunu bütün dünya etiraf edir. Biz nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmişik. Bir neçə gündən sonra rəsmi açılışı olacaq Cənub Qaz Dəhlizi bizim tarixi nailiyyətimizdir, tarixi qələbəmizdir”.

 

Prezident vurğulayıb ki, Azərbaycan nəqliyyat diplomatiyasını uğurla icra edir:

 

"Demək olar ki, enerji dəhlizlərinin marşrutu ilə inkişaf edən nəqliyyat marşrutları, o cümlədən çox ciddi diplomatik səylər nəticəsində mümkün olub. Biz Avrasiyanın nəqliyyat xəritəsini də yenidən tərtib etmişik və bu işlərdə uğurlar qazanmışıq. Deyə bilərəm ki, enerji, nəqliyyat diplomatiyası ilə bağlı bizim bütün təşəbbüslərimiz, bütün addımlarımız uğurlu olub və həm bizə, həm bizimlə bərabər işləyən ölkələrə böyük dividendlər gətirir və bizi bundan sonra da hələ böyük mənfəət gözləyir. Bu gün icra edilən layihələr ölkəmizin qüdrətini uzunmüddətli formatda təmin edəcək, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Əlbəttə, bax, bu layihələrin icrasında diplomatik səylər böyük rol oynayır”.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla