Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT: 26 yaşlı gəncin ağzını kəsdilər - FOTO

Media24.az      23 May , 14:10

Göyçay rayonunda 26 yaşlı gənc Rəşadət Kərimovun ağzı bıçaqla kəsilib.

 

Media24.Az-ın big.az-a istinadən verdiyi məlumata görə, bıçaqlanan gəncin atası Mais Həmidov hadisənin martın 1-i saat 19:30-da qonşuları Rəşadət Kərimov tərəfindən törədildiyini bildirib:

 

"Aralarındakı dava nəticəsində Rəşadət Kərimov üzərindəki divar kağızının kəsilməsi üçün istifadə olunan bıcaqla oğluma xəsarət yetirib. Oğlumun ağzına Göyçay Mərkəzi Rayon Xəstəxanasında 28 tikiş vurulub. Hadisə evimdən 100 metr uzaqlıqda baş verib. Belə ki, Rəşadət Kərimov tərəfindən mənim balaca oğlum da döyülüb. Aralarındakı mübahisə böyüyərək bu vəziyyətə çatdı. Bununla bağlı Göyçay rayon Polis Bölməsinə müraciət etsək də hələ də cinayət işi açılmayıb. Təsəvvür edin 85 gündür bu hadisə baş verib. Amma Rəşadət Kərimov hələ də törətdiyi əməllərinin cəzasını almayıb. Heç düzgün ekspertiza da olunmadı. Mən bununla bağlı cənab prezidentimiz İlham Əliyevə də müraciət etmişəm. Oğluma qarşı bu vəhşiliyi törədən insanın tezliklə cəzalandırılmasını istəyirəm".

 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla