Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

ABŞ müharibə başlamadan TƏSLİM OLDU: “Rusiya elə ilk gündə...” - ŞOK SSENARİ

Media24.az      22 May , 14:03
ABŞ müharibə başlamadan TƏSLİM OLDU: “Rusiya elə ilk gündə...” - ŞOK SSENARİ

Moskva və Vaşinqton arasında hərbi münaqişə halında JSTARS radar sistemi ilə təchiz edilmiş ən müasir Amerika təyyarələri olan “Northrop Grumman E-8” dünyada analoqu olmayan Rusiyanin “S-400” zenit-raket kompleksləri tərəfindən ilk gündə vurulacaq.

 

Publika.az xəbər verir ki, bu haqda “Newsweek” nəşrinin müxbiri Devid Brennan ABŞ-ın Hərbi Hava Qüvvələrinin başçısı Hizer Uilsonun Senatın hərbi-hava qüvvələri üzrə yarımkomitəsində çıxışına istinadən yazıb.

 

Hərbi Hava Qüvvələrinin başçısı qeyd edib ki, Rusiyayla müharibənin elə ilk günü “S-400” kompleksləri Amerikanı səma üzərində nəzarətdən məhrum edəcəklər. Uilson bildirib ki, Rusiyadan geriliyi aradan qaldırmaq üçün ABŞ-a 7 milyard dollar lazım olacaq.

 

“Havada Rusiya və Çinin üstünlüyü hərbi münaqişə halında “Northrop Grumman E-8” zəif edir. Hətta bu təyyarələrin müasirləşdirməsindən sonra da Rusiya və Çinin texnologiyaları onları asan hədəfə çevirəcək. JSTARS sistemi olan təyyarə müharibə halında effektsiz olacaq. Rusiya və Çinin “Yer-hava” tipli raketləri böyük mənzilə malikdir və təyyarə münaqişənin ilk günü vurulacaq. JSTARS-ın yeni platformasının hazırlanmasına təxminən 7 milyard dollar lazımdır”, - o vurğulayıb.

 

Materialın müəllifi qeyd edir ki, “S-400” kompleksləri 402 kilometr uzaqlıqda və 30 kilometrdən çox hündürlükdə rəqibin raketləri və ya təyyarələrini məhv etməyə imkan verən ən effektiv zenit-raket kompleksi hesab edilir.

“Ötən ayda Çin “S-400”lərin ilk partiyasını aldı. Bununla da müasir texnologiyalardan istifadə edən ABŞ-ın rəqiblərinin sayı artdı. “S-400” ABŞ-ın hərbi rəhbərliyini əsəbiləşməyə məcbur edir və onlar bu geriliyi aradan qaldırmağa çalışırlar", — Brennan yazır.

 

Materialın müəllifi qeyd edir ki, Rusiya artıq kompleksin yeni versiyası olan “S-500”lər üzərində işləyir. Bu komplekslər Yer kürəsinin orbitində bütün hədəfləri vura biiləcək.

 

“Rusiyanın silahları hətta NATO-da münaqişələrə səbəb olur. Yunanıstan malik olduğu “S-300” komplekslərini müasirləşdirməyi planlaşdırır. Türkiyə isə “S-400” komplekslərinin alınması barədə Rusiya ilə razılaşıb”, - Brennan yekunlaşdırır.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla