Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Şotland pişikləri”ni ölkədən çıxaran şəxs saxlanıldı - FOTO

Media24.az      18 May , 13:55
Şotland pişikləri”ni ölkədən çıxaran şəxs saxlanıldı - FOTO

Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının sayıqlığı sayəsində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

 

DSX-nın mətbuat mərkəzindən Media24.Az -a verilən məlumata görə, dünən saat 18:50 radələrində Horadiz sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər sərhəd naryadı tərəfindən saxlanılıb.

 

Sərhəd pozucusunun tutulduğu əraziyə baxış keçirilərkən qutuda “Şotland pişik cinsi”nə aid 10 baş pişik balası aşkar olunub.

 

Sərhəd pozucusunun İran İslam Respublikasının vətəndaşı, 1983-cü il təvəllüdlü Kakavənd Mima Fərhad olması, pişik balalarını satış məqsədilə İran İslam Respublikasına qaçaqmal yolu ilə aparmaq istəməsi müəyyən edilib.

 

Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla