Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Orta məktəblərdə uşaq hüquqlarının öyrənilməsinə həsr olunmuş silsilə təlimlər keçirilib - FOTO

Media24.az      18 May , 12:55
Orta məktəblərdə uşaq hüquqlarının öyrənilməsinə həsr olunmuş silsilə təlimlər keçirilib - FOTO

Tamaşada baş rolu uşaq  hüquqları oynayır

 

Media24.Az xəbəe verir ki, Bakıda yerləşən bir sıra orta məktəblərdə uşaq hüquqlarının öyrənilməsinə həsr olunmuş silsilə təlimlər keçirilib. Cəmiyyətin inkişafına müxtəlif mədəniyyət layihələrilə xidmət etmək məqsədi güdən “Mədəniyyət və Zaman” Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində baş tutan təlimlərdə əsasən yuxarı sinif şagirdləri iştirak ediblər.

 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə gerçəkləşən layihənin əsas mahiyyəti məktəblilərin uşaq hüquqları ilə bağlı bilməli olduqları, amma bilmədikləri və ya az bələd olduqları məsələləri aşkara çıxarmaq üçün onlara yardım etməkdir.

 

Layihə çərçivəsində məktəblilərin uşaq hüquqları ilə bağlı nəzəri və praktiki biliklərinin artırılmasına, insan hüquqları mədəniyyətinin yüksəldilməsinə yönəlmiş təlimlərlə yanaşı Forum tamaşalar hazırlanıb. Burada uşaqlar yaşamaq, inkişaf etmək, müdafiə və inkişaf hüquqları ilə bağlı yaşadıqları cəmiyyətdə üzləşdikləri problemləri  canlandıraraq birlikdə müzakirə ediblər.

 

Yeni Günəşli qəsəbəsində yerləşən 285  saylı orta məktəbdə start götürən təlimlər daha sonra 146, 318 və 141 saylı orta ümumtəhsil məktəblərində də   keçirilib.  Təlimləri İctimai Birliyin bədii rəhbəri, Bakı Uşaq Teatrının ədəbi hissə müdiri Arzu Soltan və  teatrının aktyorları gerçəkləşdibirlər.  Məktəblilərin toxunduqları yaşıdlarının təhsil, istirahət, sağlamlıq, iştirak hüquqlarının, vicdan və öz fikrini səbəst ifadə etmək azadlıqlarının pozulması, istismarın, erkən nikahın, insan alverinin qurbanı olması ilə bağlı problemlər ekspertlərin iştirakı ilə müzakirə olunub və onlara gərəkli tövsiyələr verilib. 

 

İctimai Birliyin sədri, Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri İntiqam Soltan bildirib ki, yeni texnologiyaların, internetin, sosial medianın inkişafı insan münasibətlərinə, gənc nəslə aşılanan dəyərlərə də ciddi təsir edir. Belə bir zamanda uşaqların öz hüquqlarını yaxşı bilməsi, öz haqlarını müdafiə etmək bacarığına malik olması zəruridir və belə layihələrin dəstəklənməsi cəmiyyətin inkişafına öz töfhəsini verir.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla