Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Türkiyənin erməni deputatı türk xalqını təhqir etdi

Media24.az      18 May , 12:54
Türkiyənin erməni deputatı türk xalqını təhqir etdi

BMM-in Xalqların Demokrat Partiyasından (HDP) olan erməni əsilli deputatı Karo Paylana qarşı Cinayət Məcəlləsinin 301-ci maddəsi (türk dövləti və millətini təhqir) ilə iş qaldırılıb.

 

Axar.az xəbər verir ki, Ankara Baş Prokurorluğunun Parlamentar Cinayətləri Araşdırma Bürosu buna səbəb kimi deputatın qondarma erməni soyqırımı ilə bağlı ifadələrini göstərib. Paylanın “Türkiyə Cümhuriyyəti, Türkiyə hökumətini alçaltma və prezidentinə təhqir” ittihamları ilə millət vəkili toxunulmazlığının ləğv edilməsi üçün TBMM-ə müraciət edilib.

 

Cinayət işi Paylanın Kanadada yayımlanan “Horizon Vikli” adlı qəzetə verdiyi müsahibədə “Türkiyədə soyqırım edilib və hələ də bu soyqırım davam edilir” ifadələrinə görə prokurorluğa şikayət edən Türkiyədə yaşayan Azərbaycan əsilli professor Aygün Attarın ərizəsi əsasında başladılıb.

 

Attarın ərizəsində erməni deputatın türk xalqına qarşı düşmən mövqeyini ifadə edən digər bir çıxışına da yer verilib:

 

“Bir zamanlar yüzə qırx idik. Bu gün mində birik. Hər halda başımıza bir iş gəldi, mən bunun adına soyqırım deyirəm. Erməni xalqı başına nə gəldiyini çox yaxşı bilir. Bir zamanlar atamın, babamın başına nə gəldiyini çox yaxşı bilirəm. Adını siz qoyun o zaman. Biz yox kimiyik, mində birə düşmüşük”.

 

Xatırladaq ki, professorun şikayəti əsasında hələ ötən ilin dekabrında araşdırma başladılsa da, Ankara Prokurorluğu 301-ci maddə əsasında iş qaldırılması üçün icazənin Ədliyyə Nazirliyinin sərəncamında olmasına görə nazirlikdən icazə istəmişdi.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla