Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

“Rövşən Lənkəranski”nin qardaşı Keşlə gömrük postunu tərk edir

Media24.az      18 May , 10:35
“Rövşən Lənkəranski”nin qardaşı Keşlə gömrük postunu tərk edir

2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilmiş kriminal avtoritet Rövşən Lənkəranskinin (Rövşən Canıyev) qardaşı Namiq Canıyev Dövlət Gömrük Komitəsindəki son yerdəyişmələrlə bağlı Keşlə yük stansiyasındakı gömrük postunun rəisi vəzifəsini yaxın günlərdə tərk edəcək.

 

Media24.Az xəbər verir ki, bu barədə "Sputnik” agentliyi Canıyevə yaxın qaynaqlara istinadən bildirir.

 

Məlumata görə, ona yeni vəzifə təklif olunub, amma gömrük polkovniki rütbəsi daşıyan Canıyevin hansı vəzifəyə təyin olunacağı hələ məlum deyil.

 

Agentlik "Canıyevə yaxın mənbələrə” istinadən onu da bildirir ki, Namiq Canıyevin Rusiyanın Sankt-Peterburq şəhərində araşdırılan səs-küylü qətl hadisəsi ilə bağlılığı yoxdur. Onun ötən il Sankt-Peterburqda "Lotu Quli”nin adamı Cabir Həsənovu güllələyən və hazırda axtarışda olan killer Camal Həsənova sifariş vermədiyi bildirilir.

 

Xatırladaq ki, bu səs-küylü qətl işi üzrə bu günlərdə Rusiya mətbuatı yazıb. Killerin Bakıdan Namiq Canıyevin sifarişi ilə getdiyi iddia olunub. Həmin Camal Həsənov ötən ilin sonlarında İstanbulda Namiq Canıyevlə birlikdə saxlanılmışdı və daha sonra azadlığa buraxılmışdı.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla