Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Umud Mirzəyev "Google maps"in təxribatına münasibət bildirib

Media24.az      17 May , 19:16

"Google" axtarış sistemi növbəti dəfə təxribata yol verib.

 

Məşhur axtarış sistemi "Google maps"də Dağlıq Qarabağın və Azərbaycanın işğal olunmuş digər ərazilərinin adları erməni dilində göstərilir.

 

Təəssüf ki, bu yuxarıda adı çəkilən internet resursunun təxribata yol verdiyi ilk hal deyil. Bu cür təxribat daha əvvəl də baş vermişdi.

 

Media24.Az bildirir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Мirzəyev məsələyə dair narahatlığını ifadə edib:

 

"Beynəlxalq axtarış sisteminin Azərbaycan və onun ərazilərinə qarşı bu kimi təxribatları ciddi narahatlıq doğurur, xəritədə Azərbaycana qarşı bu cür təxribat xarakterli dəyişikliklərin edilməsi beynəlxalq konvensiyalara ziddir".

 

Umud Mirzəyevin sözlərinə görə, erməni lobbisi uzun müddətdir ki, tarixi yenidən yazmağa çalışır. Xaricdə böyük təsirə malik olmaqla, onlar Dağlıq Qarabağ münaqişəsinin həllinin qarşısını almaq üçün hər vasitəyə əl atırlar.

 

"Xəritəni dəyişərək və faktları təhrif edərək, Ermənistan tərəfi vəziyyətin daha da gərginləşməsinə səbəb olur, Azərbaycan bütün qüvvəsi ilə münaqişənin sülh yolu ilə həll edilməsi üçün səy göstərir. Erməni lobbisi isə təsir vasitələrindən, indiki halda isə "Google" axtarış sistemindən istifadə edərək problemin sülh yolu ilə həllinə maneə törətməyə çalışır.

 

Umud Mirzəyev bəyan edərək bildirib ki, Google rəhbərliyi müvafiq tədbirlər görməlidir. Bu, resursun faktları təhrif edərək bilərəkdən və ya təsadüfən ciddi pozuntulara yol verdiyi ilk hal deyil.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla