Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Kreml İrəvanı boşadı: hansı qapıya üz tutur-tutsun... - Ekspert

Media24.az      17 May , 09:28

Artıq Ermənistanın Qərbə və ya başqa bir qapıya üz tutması Rusiyanı o qədər də maraqlandırmır.

 

Bu sözləri axar.az-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Politoloq Rusiyanın Ermənistana münasibətinin tamamilə dəyişdiyini bildirib:

 

“Məntiqlə Rusiya Ermənistana olan marağını itirir. Ermənistan hərbi-müdafiə və iqtisadi baxımından Moskva üçün heç bir maraq kəsb etmir. Ermənistandan uzaqlaşmaq birbaşa Rusiyanın öz istəyidir. Ermənilər isə Moskvadan ona görə narazıdırlar ki, Rusiya Ermənistanın iqtisadi inkişafını təmin etmək istəmir. Onlar Rusiyanın Ermənistana kredit verəcəyini, sərmayə qoyacağını gözləyirdilər. Ancaq bütün arzuları puç olan Ermənistan indi istədiyini Qərbdən almağa çalışır. Paşinyanın Rusiyadan ermənilərə əsas çağırışı da məhz Ermənistana sərmayə qoyuluşu ilə bağlı idi. Aydın məsələdir ki, Ermənistan hazırda pul axtarışındadır. Bütün bu həqiqətləri görən Ermənistanın yeni rəhbərliyi problemdən çıxış yolları axtarır. Artıq Ermənistanın Qərbə və ya başqa bir qapıya üz tutması Rusiyanı o qədər də maraqlandırmır. Gürcüstan və Ukraynadan fərqli olaraq, Ermənistana yanaşma tamamilə fərqlidir. Bu baxımdan itirilmiş bir dövlətçiliyə -Ermənistana kimin sahiblik etmək istəməsi Moskva üçün heç bir əhəmiyyət kəsb etmir”.

 

Politoloq hazırda Ermənistanın ciddi şəkildə danışıqlara hazır olduğuna inanmadığını deyib:

 

“Ona görə ki, Qarabağa təxribat xarakterli səfəri və orada səsləndirdiyi fikirlər, daxili siyasətdə olan problemlər Paşinyana hansısa yeni bir mövqe nümayiş etdirməyə imkan verməyəcək. Ermənistanda qəribə bir vəziyyət hökm sürür. Ermənistanda hamı özlüyündə başa düşür ki, əsas problem Dağlıq Qarabağdır, ancaq bu məsələ müzakirəyə çıxarılanda populist şüarlar səsləndirirlər. Ermənistan əhalisi Qarabağ probleminin həll edilməməsinə görə ölkədə yaranmış vəziyyətə etirazını yalnız ölkədən qaçmağa üstünlük verməklə bildirir. Bununla bağlı hətta xüsusi bir termin də var ki, “ermənilər ayaqları ilə səs verirlər”. Bu baxımdan inanmıram ki, yaxın gələcəkdə Qarabağla bağlı hansısa yeni bir dəyişiklik olsun”.

 

Politoloq Müdafiə naziri Zakir Həsənovun bir müddət öncə Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatlarına tam hazır olması ilə bəyanatını alqışlayıb:

 

“Hesab edirəm ki, Azərbaycan cəmiyyəti və ictimaiyyəti üçün bu cür bəyanatlar çox vacibdir. Çünki işğala məruz qalan bir millətik, 1 milyondan çox qaçqınımız var. Təbii ki, bu bəyanatlar Azərbaycan ictimaiyyətində inam yaradır. Bu cür bəyanatların səslənməsi çox faydalıdır və özlüyündə ermənilərə də öz təsirini göstərir. Ələlxüsus da indiki şəraitdə - Ermənistanın 90-cı illərin siyasi böhranı içərisində boğulduğu bir vaxtda sözügedən bəyanatlar öz bəhrəsini verir”.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla