Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Dizel yanacağı ilə bağlı - MÜHÜM XƏBƏR

Media24.az      16 May , 16:55
Dizel yanacağı ilə bağlı - MÜHÜM XƏBƏR

2018-ci ilin yanvar-mart aylarında ölkədə 323 min ton dizel yanacağı, 288,8 min ton avtomobil benzini istehlak edilib.

 

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ilin I rübündə dizel yanacağının istehlakında illik müqayisədə 17,7% artım, avtomobil benzinin istehlakında isə 1,4% azalma qeydə alınıb.

 

Bu ilin yanvar-mart ayları ərzində ölkədə 81,3 min ton aviasiya üçün və sair ağ neft, 53,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 35,8 min ton neft bitumu, 32,5 min ton maye qaz, 16,6 min ton sürtkü yağları istehlak olunub.

 

Aviasiya üçün və sair ağ neft istehlakı 14,8%, neft-kimya sənayesində istifadə üçün benzin istehlakı 0,8%, neft bitumunun istehlakı 2 dəfə, sürtkü yağlarının istehlakı 99,7% artıb, maye qaz istehlakı isə 16,1% azalıb.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla