Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

İrəvan qaynayır: Meriya tutuldu, küçələr bağlandı - Video

Media24.az      16 May , 16:43

Onlarla etirazçı İrəvan meriyasının binasına daxil olub.

 

Media24.Az  xəbər verir ki, bu barədə informasiyanı “Sputnik Ermənistan” yayıb. Binaya daxil olan etirazçılar mer Taron Markaryanın istefasını tələb ediblər. Meriyaya daxil olan etirazçılara aktivist Vaçe Qəribyan rəhbərlik edib.

 

Meriya ilə bərabər, İrəvanda bir sıra əsas küçələr də etirazçılar tərəfindən bağlanıb. Küçələri bağlayan etirazçılar Sasna Çrer qrupunun həbsdəki üzvlərinin azadlığa buraxılmasını istəyiblər.

 

Aksiyalara qrupun həbsdəki üzvlərinin qohumları da qoşulub. Onlar həbsdə olan qrup üzvlərinin azadlığa çıxmayacağı təqdirdə 16:00-dan etibarən etirazların coğrafiyasını genişləndirəcəklərini açıqlayıblar.

 

Qeyd edək ki, bu gün İrəvanda Sasna Çrer işi üzrə məhkəmə iclası keçirilir.

***

İrəvanda etirazçılar mer Taron Markaryanın kabinetinə daxil olmağa cəhd ediblər.

 

Etirazçıların bu arzusunu gerçəkləşdirməyə polis imkan verməyib. Meriyanın üç mərtəbəsi etirazçılar tərəfindən tutulub. Polis üçüncü mərtəbədə yerləşən merin kabineti qarşısında mühafizəni təşkil edib.

***

İrəvan meriyasının binası tam mühasirəyə alınıb. Mühasirəyə qoşulanların sayı artır. Binanın ətrafına toplaşan polis meriya binasına əlavə heç kimin girməsinə izn vermir.

 

Artıq bina ətrafına mer Taron Markaryanın da tərəfdarları toplaşır.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla