Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Azərbaycanlı çoban türk mediasının manşetində – Fotolar

Media24.az      16 May , 10:55
Azərbaycanlı çoban türk mediasının manşetində – Fotolar

Türkiyə son illər heyvan sürülərini otaran çoban tapmaqda çətinlik çəkir.

 

“Qafqazinfo” xəbər verir ki, çoban problemi yaşayan şəhərlər arasında Rizənin Çamlıhemşin bölgəsi də var. 450 kiçikbaşlı heyvan sürüsünə çoban axtaran fermer bu səbəblə də maaşı 2000 lirəyə qaldırıb. Ancaq sürü sahibi çoban tapa bilməyib.

 

Bundan sonra iş adamı azərbaycanlı dostları vasitəsilə Qədir Niftəliyevi tapıb. Təklifi qəbul edən Niftəliyev Azərbaycandan Rizəyə köçüb. Q. Niftəliyev türk mediasına işi ilə bağlı da danışıb. O qeyd edib ki, Rizə yaylaları çox gözəldir: “Heyvanlar səhərlər yaylalarda otlayır, axşam isə bir yerə yığışırlar. Mən onlara sahib çıxıram”.

 

Qeyd edək ki, Türkiyənin bəzi bölgələrində çoban maaşları 4000-5000 lira arasında da dəyişir.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla