Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Yəhudilərdən ABŞ və İngiltərəyə ŞOK ÇAĞIRIŞ: "İsrail dövlətini dağıdın"

Media24.az      16 May , 09:59

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərəyə səfəri çərçivəsində yəhudi Haham Elahanan Bek və "Neturei Karta" Ortodoks Musəvi Camaatı üzvləri ilə görüşüb.

 

Media24.Az publika.az-a istinadən xəbər verir ki, görüşdən sonra yəhudilər jurnalistlərə açıqlama verib.

 

Haham Bek İngiltərə və ABŞ hökumətinə çağırış edərək “İsrailə yardım etməyin yəhudi xalqının lehinə olmadığını qavramalı və anlamalıdırlar” deyib.

 

“Bu gün dünyada yəhudi xalqı üçün ən təhlükəli ölkə İsraildir. Sionistlərə yardımçı olmaq yəhudi xalqının maraqlarına uyğun deyil. Yəhudilərə kömək etmək istəyirsinizsə, o zaman Türkiyə prezidenti kimi edəcəksiniz. Səfirliyinizi geri çağırın. Ortaya çıxın və səsli bir şəkildə İsrail dövlətinə qarşı olduğunuzu deyin. İşğalçılara qarşıyıq. Bölgəyə sülh gətirmək istəyirik. Yəhudilər olaraq biz İsrail dövlətinin sülh çərçivəsində dağıdılmasını istəyirik. İki dövlət də istəmirik. Tək dövləti, dənizdən çaya qədər Fələstin xalqının geri dönməsini istəyirik. Orada yəhudilər ilə müsəlmanlar sülh içində yaşaya bilər”, - deyə bildirib.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla