Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Vyanada azərbaycanlı ər-arvad 7 yaşlı çeçen qızın qətlində şübhəli bilinir - FOTO

Media24.az      15 May , 19:55

Vyanada 7 yaşlı çeçen qızın qəddarcasına qətlə yetirilməsi bütün Avstriyanı silkələyib.

 

Media24.Az virtualaz.org-a istinadən xəbər verir ki, ölkənin bütün xəbər telekanalları bu dəhşətli cinayət barədə reportajlar verir. Qızı qətlə yetirməkdə şübhəli bilinənlər isə onunla qonşuluqda yaşayan azərbaycanlı ər-arvaddır. Hazırda onlar şübhəli qismində saxlanılıb.

 

Vyana polisinin mətbuat xidməti bildirib ki, hazırda 7 yaşlı Hadiştin qətlində şübhəli bilinənlər dindirilir. Onların adları açıqlanmır, amma bildirilir ki, Azərbaycandan olan ailənin iki yetkinlik yaşına çatmayan uşağı var. Şübhəlilərin mənzilində axtarış aparılıb, mənzil möhürlənib.

 

Hadişt mayın 11-də yoxa çıxıb. Ertəsi gün onun cəsədini zibil konteynerində aşkarlayıblar, uşağın kürəyindən endirilən bıçaq zərbəsi ilə öldürüldüyü məlum olub. Qəddar və mənasız cinayət Avstriya sakinlərini şoka salıb. İnsanlar onun yaşadığı evin qarşısında şamlar, oyuncaqlar və güllər düzür.

 

Uşağın anası Zarema yerli telekanallardan birinə bildirib ki, bu cinayəti törədənlər onlarla bir həyətdə yaşayır. Alman dilində sərbəst danışan qadın deyir ki, övladının qətlə yetirilməsinin səbəbini anlamır, göz yaşları içərisində deyir: "Kim bizə bu qədər nifrət edə bilərdi ki, onu qətlə yetirsin?"

Qadının 17 yaşlı oğlu Rüstəm bacısının yoxa çıxdığını birinci görüb. Ailə binanın birinci mərtəbəsində yaşayır və bu səbəbdən həyətdə oynayan uşaqlarına nəzarət edə bilirdilər. "Mən kiçik bacılarım və qardaşlarım üçün yemək hazırladım, birlikdə nahar elədik. Saat 3 radələrində onlar küçədə oynamağa icazə istədilər, mən də icazə verdim"-o deyir.

 

Rüstəm bildirir ki, bacısı tez-tez pəncərəyə qaçıb ondan su istəyirdi. "Görəndə ki, xeyli vaxtdı gəlmir, başladım axtarmağa. Qonşu həyətləri də axtardıq, bütün mənzillərin qapısını döydük, heç yerdə tapa bilmədik"-o deyir.

 

Qızın axtarışlarına polis qoşulub, qonşu həyətlər, evlərin damları axtarılıb. Bir neçə saatlıq axtarışlar nəticə verməyib, polislər səhər tezdən it gətirmək üçün gediblər. Səhər saat 08.30 radələrində həyətə zibildaşıyan maşın gəlib, polis kommunal xidmət işçisinə tapşırıb ki, zibil yeşiklərinə bir daha baxmaq üçün gözləsin. Bir-iki dəqiqədən sonra işçilərdən biri qızın politelen paketə bükülmüş cəsədi ilə rastlaşıb. Ekspertiza göstərib ki, uşaq kürəyindən bıçaqlanıb öldürülüb, seksual zorakılığa məruz qalmayıb.

 

Hazırda Avstriyanın müxtəlif yerlərindən yüzlərlə çeçen matəm geyimində qızın yaşadığı evə baş çəkir, onun anasına təskinlik verməyə çalışır.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla