Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Ər toydan sonra arvadını öldürdü – Dəhşətli qətl

Media24.az      15 May , 12:30

Daşkəsən rayonunda arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Ramil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Media24.Az teleqraf.com-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

İttihama görə, ötən il sentyabrın 14-də səhər saatlarında Daşkəsən rayonunun Bayan kəndində 33 yaşlı Ramil Həsənov qisqanclıq zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Könül Əzizovanı boğaraq öldürüb.

 

İstintaq araşdırması zamanı məlum olub ki, Könül Əzizova ailəsi ilə birlikdə Bakı şəhərində yaşayıb.

 

Qətl hadisəsindən bir gün əvvəl Könül Əzizova ailə üzvləri ilə birlikdə əmisi nəvəsinin toy şənliyində iştirak etmək üçün kəndə gəlib. Həmin gün gecə saatlarında qaynanasıgilə gələn Ramil Həsənov səhər saatlarında Könül Əzizova ilə mübahisə edib. Ər arvadını toyda başqa kişiyə baxmaqda günahlandırıb. Mübahisə zamanı onu boğaraq öldürüb.

 

Onların birgə nikahlarından 8 yaşlı bir övladı olub.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla