Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Məhkəmədən Draçevi öldürən Anarın atası ilə bağlı – Qərar

Media24.az      15 May , 09:19

Rusiyanın Xabarovsk vilayətinin Jeleznodorojnı məhkəməsi Azərbaycan vətəndaşının ölümünə səbəb olan taksi sürücüsü barəsində hökm çıxarıb.

 

Report xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

 

Hadisə 16 yanvar 2018-ci il tarixində "Kərpic zavodu" dayanacağı yaxınlığında məşhur rusiyalı idmançı Andrey Draçevin ölümündə ittiham olunan azərbaycanlı Anar Allahverənovun atası Əliyar Allahverənov piyada zolağından keçən zaman baş verib.

 

İstintaq və məhkəmə müəyyən edib ki, yol-nəqliyyat hadisəsi sərnişin daşımaq ilə pul qazanan 25 yaşlı kişinin günahı ucbatından sırf təsadüf nəticəsində baş verib və burada heç bir qisas almaq niyyəti olmayıb.

 

Hadisə baş verən zaman mərhumun oğlu istintaq təcridxanasında olub və səs-küyə səbəb olan məhkəm prosesini gözləyib. Anar məşhur idmançı Andrey Draçevi xuliqanlıq zəminində öldürməkdə ittiham olunur. Buna görə də, təqsirləndirilən şəxsin atasının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini izah edən versiyalardan biri kimi, ilk növbədə, intiqam almaq fərziyyəsi nəzərdən keçirilib. Ancaq istintaq mərhələsində bu versiya öz təsdiqini tapmayıb.

 

Məhkəmənin hökmü ilə taksi sürücüsü 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

Zərərçəkmiş tərəf cənazənin Azərbaycana aparılması və dəfn xərclərinin ödənilməsi məqsədi ilə taksi sürücüsünə qarşı daha bir məhkəmə iddiası qaldırmaq niyyətindədir.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla