Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Kürəkçay müqaviləsindən 213 il ötdü - Xanlıqlar Rusiyaya necə birləşdirildi?

Media24.az      14 May , 20:49
Kürəkçay müqaviləsindən 213 il ötdü - Xanlıqlar Rusiyaya necə birləşdirildi?

Bu gün Kürəkçay müqaviləsinin imzalanmasından 213 il ötdü.

 

Media24.Az ölkə.az-a istinadən Qarabağ və Şəki xanlıqlarını Rusiyaya birləşdirən müqavilə barədə məlumat verir.

 

1805 - Rusiya-İran müharibəsinin (1804-1813) ilkin yekununa əsasən, birinci Kürəkçay (indiki Goranboy rayonu ərazisi) müqaviləsi bağlanıb. İkinci müqavilə mayın 21-də imzalandı. Kürəkçay müqavilələrinə əsasən, Qarabağ və Şəki xanlıqları Rusiya imperiyasına birləşdirilib. Çar Rusiyasının Qafqaz qoşunlarının komandanı general Pavel Sisianov və Qarabağ xanı İbrahimxəlil xan tərəfindən imzalanan müqavilədə ruslar xan ailəsinə varislik əsasında Qarabağda muxtar hakimiyyət vəd etmişdilər. Lakin bir il sonra (1806) İbrahimxəlil xan ailəsi ilə birlikdə rus hərbçiləri tərəfindən vəhşicəsinə qətlə yetirildi, Qarabağ xanlığı isə 1822-ci ilədək formal mövcud olduqdan sonra ləğv edildi.

 

İmzalanma

 

14 may (26 may) 1805-ci il tarixdə Kürəkçay çayı sahilində - Knyaz Sisianovun düşərgəsində, (indiki Goranboy rayonu ərazisi) birinci olaraq Qarabağ xanı İbrahimxəlil xan tərəfindən, sonra isə - 21 mayda (2 iyun), Şəki xanı Səlim xan tərəfindən imzalanıb. Rusiya İmperiyası adından isə müqaviləyə Rusiyanın Qafqaz qoşunlarının baş komandanı Knyaz Sisianov imza atmışdır.

Mirzə Adıgözəl bəy və Mirzə Camal Cavanşir əslində Şəki xanlığının Qarabağ xanlığı ilə bir gündə, Kürəkçay görüşlərində Rusiyaya tabe edildiyini yazırlar:

 

"Kürəkçayın qırağında bir neçə gün bayram, şənlik və qonaqlıq oldu. Sonra traktat və əhdnamə yazıldı. İbrahim xan və Şəki hakimi Səlim xan ona möhür basdılar, böyük sərdar (Sisianov) isə qol çəkdi".

 

1805-ci il 14 may Kürəkçay andlaşması 11 maddədən ibarət idi. Qarabağ xanı Rusiya çarının vassalı olmağına razılıq verir (maddə 1), müstəqil xarici siyasət hüququndan çarın xeyrinə imtina edir (maddə 4), çar xəzinəsinə hər il 8000 çervon bac verməyi öhdəsinə götürürdü (maddə 8) . Rusiya dövləti də üzərinə müəyyən təəhhüdlər götürür, daxili idarəetmə ilə bağlı hakimiyyət işlərinin xanın öhdəsində qalacağına söz verilirdi. Rusiya çarı özünün və vəliəhdlərinin adından "zati-alil ərinin (İbrahim xanın və onun ölkəsinin (Qarabağ xanlığının) bütövlüyünün saxlanılmasına öz imperator zəmanətini verir" (maddə 2); söz verirdi ki, xanın varis və davamçılarının "Qarabağ xanlığı üz ərində hakimiyyəti dəyişilməz saxlanılacaq", daxili idarəetmə ilə bağlı hakimiyyət işləri, məhkəmə və divanxana, ölkədən yığılan gəlir "zati-alilərinin (xanın) səlahiyyətində qalacaqdır" (maddə 5). Lakin bu, xanlığın daxili idarəçiliyinin olduğu kimi saxlanılması, bir çar vassalı kimi xana tam daxili siyasi muxtariyyəti verilməsi demək deyildi. Çünki general-leytenant (oğlanları Məhəmmədhəsən və Mehdiqulu – general-mayor, kiçik oğlu Xanlar isə polkovnik) rütbəsi alan Qarabağ xanı artıq Qafqaz komandanlığının əmrlərini də yerinə yetirməli idi. Bununla yanaşı, mayor Lisaneviç başda olmaqla 500 rus əsgərinin qalaya bitişik Xanbağı adlanan yerdə yerləşdirilməsi də xanın davranışına hüdud qoyurdu...

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla