Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

“Heç vaxt Səlim Müslümovun əleyhinə bir söz deməmişəm” - Deputat keçmiş naziri MÜDAFİƏ ETDİ

Media24.az      14 May , 14:07

“Təəssüf edirəm ki, təmsil etdiyim rayon Ağsuda da belə bir söz-söhbət var ki, guya Səlim Müslümovun nazir postundan azad olunmasını alqışlamışam. Əvvəla kimin vəzifəyə təyin olunması və ya azad edilməsi prezidentin müstəsna salahiyyətidir. Mən hər zaman prezidentin sərəncamlarını qiymətləndirməkdən uzaq adamam.  Ancaq mən heç vaxt Səlim Müslümovun əleyhinə heç bir söz deməmişəm”.

 

Bunu modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, 87 saylı Ağsu - İsmayıllı seçki dairəsindən deputat seçilən Tahir Kərimli deyib.

 

O bildirib ki, Səlim Müslümov dövlətinə və prezidentinə hər zaman sadiq olub.

 

“Onun həyat tərzi də bunu göstərir. Onunla mən bir rayonu təmsil edirik. Mənə təsir edən odur ki, öz rayonumuzdan Səlim müəllimin vəzifədən kənarlaşdırılmasına sevinənlər var. Yıxılana balta salanlar var. Ağsu yeganə rayonlardandır ki, bütün küçələrə asfalt örtüyü çəkilib, abadlaşdırılıb. Rayonda ehtiyacı olan, əməliyyat etdirənlərin hamısı Səlim Müslümovun üstünə yüyürürdü. Ona görə də ona olan mənfi münasibəti pisləyirəm. Ola bilər ki, bizim bilmədiyimiz hansısa nöqsanlar olsun. O, gücü çatan qədər yaxşı fəaliyyət göstərib, dünyanın qabaqcıl praktikasını Azərbaycana tətbiq edib. Təbii ki, o hər şeyə nəzarət edə bilməzdi. Hər halda mən ona müsbət yanaşıram və hörmətim var. Səlim müəllimə olan hörmətim indi də qalır”.

 

Tahir Kərimli “deputat seçilməsində keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun xüsusi rolu olub” kimi fikirlərə münasibət bildirib.

 

“Deputat seçkilərində hər hansı bir saxtakarlıq olardısa, bu kimi fikirləri demək olardı. Təbii ki, Səlim  Müslümov Ağsu rayonuna aid bir şəxs olub. Onun mənə mənfi münasibəti olmayıb.  Ancaq məni xalq seçib. Bu yaxınlarda sosial şəbəkələr vasitəsilə keçmiş deputat həmkarım da demişdi ki, “prezident səni niyə seçkilərə buraxıb?”. Onun sözündən elə çıxır ki,  mən seçkilərdən imtina etməliydim.  Məni xalqım seçib. Hökumət də buna baxıb. Əgər kimsə mane olmayıbsa, mən o adamlara ancaq təşəkkür edərəm. Cənab prezidentdən tutmuş üzü aşağı hər kəsə təşəkkür edirəm ki, xalqın seçiminə hörmətlə yanaşıblar. Başqa bir söz deyə bilmərəm. Mən seçicilərim seçib və heç kimin də üstümdə minnəti yoxdur”.

 

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla