Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

“Petek ağzına gələni danışır…” - İcra başçısı

Media24.az      14 May , 13:50
“Petek ağzına gələni danışır…” - İcra başçısı

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov türkiyəli müğənni müğənni Petek Dinçözə torpaq verməsi barədə yayılan xəbərə münasibət bildirib.

 

Media24.Az xəbər verir ki, o, bizimyol-a açıqlamasında məlumatın yalan olduğunu söyləyib: "Petek xanımdı da, şou-biznes əhlidir, ağzına gələni deyib. Belə bir şey ola bilməz. Sizcə, bu, nə dərəcədə düzgündür? İcra hakimiyyəti torpaq vermir, torpağı bələdiyyə verir, onlar da verməyib, belə bir şey yoxdur. Olsa idi bu rəsmi olmalı idi. Bundan başqa xarici vətəndaşın burada torpaq alması mümkün deyil."

 

Daha sonra Elxan Usubov bunları deyib: "Petek xanım ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə burda konsert verib. Konsertin təşkilatçıları Şəki Şəhər İcra Hakimiyyəti və "ARB" kanalı olub. Bu xanım da bu əsasla burada konsert verib. Ona burada heç kim torpaq verməyəcək, belə bir şey ola bilməz".

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla