Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Lotu Qulinin adamına hökm oxundu

Media24.az      25 Aprel , 13:32
Lotu Qulinin adamına hökm oxundu

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Samir Kasımovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Media24.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salamanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Samir Kasımov 2 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, Samir Kasımov narkotiklərlə bağlı paytaxtda keçirilən əməliyyat zamanı həbs edilib.

 

Samir Kasımov məhkəmədə verdiyi ifadəsində özünü təqsirli bilməyib. O, heç zaman narkotik maddələrdən istifadə etmədiyi və satışı ilə məşğul olmadığını söyləyib.

 

Qeyd edib ki, tanışının yas mərasimindən çıxan zaman polis tərəfindən saxlanılıb.

 

Samir Kasımov hazırda İstanbulda yaşayan azərbaycanlı qanuni oğru “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun tərəfdarlarındadır.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla