Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Türkiyədə azərbaycanlı qadını öldürənin kimliyi məlum oldu - 7 yaşlı oğlu görüb - FOTO

Media24.az      25 Aprel , 11:08

Türkiyənin Dənizli vilayətinin Pamukkale rayonunda qətlə yetirilən 2 uşaq anası olan azərbaycanlı Türkay İsayeva ilə bağlı detalların üstü açılıb.

 

Media24.Az milli.az - a istinadən xəbər verir ki, sevgilisi Mertkan Öztürkün döyərək öldürdüyü Türkay İsayevanın əmisi qızı Natavan Əhmədova talesiz qadının yaşadıqlarını açıqlayıb.

 

33 yaşlı Türkay İsayevanın meyiti 18 aprel tarixində, səhər saatlarında yaşadığı evdə aşkar edilib. Hadisə ilə əlaqədar saxlanılan sevgilisi Mertkan Öztürk gənc qadının nərdivandan yıxılaraq öldüyü iddiası ilə çıxış edib. Ancaq tibbi ekspertiza İsayevanın döyülərək öldürüldüyünü təsdiq edib.

 

Qətlin üstündən bir həftə keçib. Natavan Əhmədova Türkayın tez-tez döyüldüyünü və olaydan sonra isə Mertkan Öztürkün ailəsi tərəfindən də təhdid edildiklərini deyib. Natavan İsayevanın sevgilisi tərəfindən döyüldüyünü öz gözləri ilə gördüyünü sözlərinə əlavə edib:

 

"Əmi qızımla görüşürdük. Bir dəfə 2-3 günlüyünə onunla qaldım. Gözümün önündə ən az 4 dəfə döydü qızı. Hər zaman döyərdi. Türkay ondan qurtula bilmirdi. Heç kim bizim şikayətlərimizi dinləmədi. Şahid tutdular, qardaşı onu hər zaman "içəridən" çıxartdı. Türkayı Azərbaycana aparmaq istədim, amma "Sevirəm" deyirdi. Hər dəfə Türkayı aldadıb, yanında saxlayırdı. Ölümündən 3 gün öncə danışdıq. "Ayrıldım, qurtuldum" dedi. Amma qızı izləyirmiş. Sonra eşitdik ki, qızı döyərək öldürüb. Başı parçalanmışdı."

 

Hadisələrin İsayevanın əvvəlki sevgilisindən olan 7 yaşlı oğlunun gözü qarşısında yaşandığını qeyd edən Əhmədova: "Uşaq dedi ki, "Anamı saçlarından tutub divara vurdu, ağzından, burnundan qan açıldı". Uşağı da "Səni öldürəcəm" sözləri ilə təhdid edib. Psixologiyası pozulub, yata bilmir. Gözlərini bağladığı an "Mert gəldi" deyib, ağlayır. Türkayın Mertdən olan 5 aylıq körpəsi var. Dövlət himayəsindədir".

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla