Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Rəşad Mahmudov səhiyyə naziri qoyulur – Son dəqiqə

Media24.az      23 Aprel , 15:42
Rəşad Mahmudov səhiyyə naziri qoyulur – Son dəqiqə

Oqtay Şirəliyev səhiyyə naziri postuna hələ ki təsdiqlənməyib. AzEuroNews.com-a gələn son xəbərə görə, yeni səhiyyə naziri həkim-deputat Rəşad Mahmudov təyin olunacaq. Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, ürək-damar cərrahı, millət vəkili R.Mahmudovun bu həftə ərzində nazir vəzifəsinə təsdiqlənəcəyi gözlənilir.

 

Əslən Astaradan olan 1974-cü il təvəllüdlü R.Mahmudov növbəti gənc nazir olmağa çox yaxındır. O.Şirəliyevin vəzifəsindən çıxarıldığı haqda artıq dövlət xəstəxanalarında da danışırlar.

 

Onun səhiyyə sistemini reanimasiyaya saldığı, nazir olduğu dövrdə rüşvətin tüğyan etdiyi, həkim səhlənkarlığından ölümlərin artdığı göz qabağındadır.Son olaraq prezident seçkisində iştirak etməməsi, jurnalisti döydürməsi səhiyyə nazirinin üzərindən birdəfəlik xətt çəkilməsinə səbəb olub.

 

Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, müdafiə sənayesi naziri Yavər Camalov da vəzifələrinə təsdiq edilməyiblər. Onlar bundan sonra bu nazir postlarını müvəqqəti icra edəcəklər.

 

Aylardır boş qalan təhsil naziri postu ilə bağlı da suallara aydınlıq gəlməyib. Dövlət Gömrük Komitəsinə, Əmlak Məsələləri Dövlət Komitəsinə, Dövlət Statistika Komitəsinə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Diaspor ilə İş üzrə Dövlət Komitəsinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Dövlət Miqrasiya Xidmətinə də sədr təyinatları olmayıb. Qeyd edilən kreslolar hələlik boşdur.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla