Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Prezident baş nazir təyin etdi - Qırğızıstanda

Media24.az      20 Aprel , 17:53

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov Məhəmmədkalı Abılqaziyevin baş nazir təyin edilməsi barədə sərəncam imzalayıb. Trend-in məlumatına görə, bu barədə ölkə prezidentinin mətbuat xidməti xəbər yayıb.

 

Məlumata görə, sərəncamla həmçinin Nazirlər Kabinetinin üzvləri də təyin edilib.

 

Qeyd edək ki, aprelin 19-da Qırğızıstan prezidenti Nazirlər Kabinetinə Parlamentin etimad göstərməməsini nəzərə alaraq hökumətin istefaya göndərilməsi barədə sərəncam imzalamışdı.

 

Belə ki, Qırğızıstan Parlamentinin deputatları baş nazir Sapar İsakovun rəhbərliyi altında Nazirlər Kabinetinə etimadsızlıq ifadə edən sənədin lehinə səs veriblər.

 

Qərarı 101 deputat dəstəkləyib, 5 nəfər əleyhinə səs verib.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla