Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Evli aktyor GİZLİNLƏRİ AÇDI: “Gündə azı yüz xanım …”

Media24.az      17 Aprel , 09:08

Yaradıcılıq arzularından söz açan aktyor Rəşat Kəsəmənli rejissorlara ismarış yollayaraq, psixi xəstə və Don Juan obrazını yaratmaq istədiyini bildirib.

 

Media24.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən aktyor həyatda Don Juan olmadığını deyib:

 

“İstəyirəm elə bir güclü ssenari yazılsın və orda psixi xəstə roluna çəkilim. Başımı qırxsınlar, o obrazın psixoloji aləmini açıb ortaya qoyum. İkinci arzuladığım obraz Don Juandır. Don Juan əslində dərin-psixoloji bir obrazdır. Bu əsərdə dərin nüanslar var, hərə bir cür anlayır. Mən istəyirəm ki, bu obrazın əsl istədiklərini tamaşaçıya çatdırım”.

 

Həyatda Don Juan olmadığını deyən aktyor nəinki xanımlara, ümumiyyətlə, insanlara biganə olmadığını dedi:

 

“Mənim üçün yaxşı insan anlayışı var. Elə gözəl xanım ola bilər, ağzını açan kimi ondan uzaqlaşmaq istəyərsən. Baxarsan ki, içi bomboşdur. O, mənim üçün heç insan deyil, nəinki xanım. Amma xanım ola bilər ki, daxilən o qədər gözəldir ki, ünsiyyətdən zövq alarsan”.

 

Rəşat hər gün sosial şəbəkədə ona yüzlərlə xanımın yazdığını etiraf edib:

 

“Gündə azı yüz xanım mənə yazır. Hamısına cavab yazıb çatdıra bilmirəm, çünki o qədər iş-güc var ki, buna vaxt çatdırmaq mümkün deyil. Buna görə də məndən inciyirlər. Yazırlar ki, niyə cavab yazmırsan?”

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla