Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

"Manatın dəyərdən düşməsi üçün fundamental əsas yoxdur"

Media24.az      16 Aprel , 18:41

Azərbaycanda manatın dəyərini itirməsi və xarici valyutaların məzənnəsinin artması üçün heç bir fundamental əsas yoxdur.

 

Media24.Az xəbər verir ki, maliyyə bazarları üzrə ekspert Cəfər İbrahimli AZƏRTAC-a bildirib ki, son günlərdə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsinin 13 faizdən 11 faizə, faiz dəhlizinin yuxarı həddinin 16 faizdən 14 faizə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 8 faiz səviyyəsində saxlanılması bunu deməyə əsas verir.

 

Ekspert qeyd edib ki, artıq manatın məzənnəsi sabitləşib, inflyasiyanın səviyyəsi azalıb. "Əminlikdə demək olar ki, AMB yumsaq pul-kredit siyasəti çərçivəsində pul kütləsini artırmağa qərar verib. AMB-nin əlində ciddi məlumat bazası mövcuddur və Mərkəzi Bank manat üzərində təzyiq hiss etsəydi və ya inflyasiya təzyiqi müşahidə etsəydi uçot dərəcəsini aşağı salmazdı. MB-nin bu qərarı bazara manat üzərində və mal və xidmətlərin qiymətində ciddi dəyişiklik olmayacağı ilə bağlı mesajdır.

 

Digər bir məsələ son dönəmdə neft qiymətlərinin sabit qalması, yerli istehsalın artırılması və ixracın stimullaşdırılması istiqamətində aparılan tədbirlər ölkənin tədiyə balansında müsbət saldonun yaranmasını təmin edib. Eyni zamanda, cari ildə dövlət büdcəsinin artırılması çərçivəsində Neft Fondundan 6 milyard dollar satılacağı gözlənilir ki, bu da bazarda tələb olunan valyutanın təmin ediləcəyi və valyuta çatışmazlığının olmayacağını deməyə əsas verir.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla