Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Xəstəxanaya yerləşdirildiyi deyilən Fəxrəddin Manafovun - SON DURUMU

Media24.az      16 Aprel , 16:17

Xalq artisti Fəxrəddin Manafovun Almaniyada xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərlər doğru deyil.

 

Aktyorun çalışdığı rus Dram Teatrının direktor müavini İlham Məmmədov açıqlamasında belə deyib:

 

“Fəxrəddin Manafov Almaniyada xəstəxanaya yerləşdirilməyib. O, həmin ölkəyə həyat yoldaşı ilə gedib. Teatrda tamaşası yox idi, ona görə də istirahət üçün Almaniyaya yollandı. Orda müayinə üçün xəstəxanada olub. Onurğasında yüngül problem var, bunu şişirtmək lazım deyil. Bir həftə olar ki, gedib, bir-iki günə Bakıya qayıdacaq”.

 

Qeyd edək ki, Fəxrəddin Manafov “Kulis.az”-a Almaniyada xəstəxanada olduğunu bildirib: “Almaniyada klinikadayam. Danışmaq imkanım yoxdur”.

 

Aktyor bu haqda geniş danışmaq istəmədiyini, lazım gələrsə mətbuata açıqlama verəcəyini deyib.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla