Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Boş qalan deputat yerlərinə seçkilər keçirilə bilər- MSK

Media24.az      16 Aprel , 15:57

Mili Məclisdə bəzi rayonlar üzrə boş qalmış deputat yerlərinin olması həmin yerlərə seçki keçirilməsi barədə müzakirələr yaradıb. Belə ki, Mehriban Əliyeva birinci vitse -prezident təyin olunduğu üçün Xəzər rayonundan deputat mandatından imtina etmişdi. İki gün əvvəl isə Cəbrayıl rayonundan deputat Astan Şahverdiyev dünyasını dəyişib. Parlamentdə həmin şəxslərin kürsüləri boş qalıb.


Maraqlıdır, parlamentdə boş qalan yerlərə seçkilər keçirilə bilərmi? 
 

Boş qalan deputat yerlərinə seçkilər keçirilə bilər-

Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov Cebhe.info-ya açıqlamasında hazırda Milli Məclisdə iki deputat yerinin boş olduğunu deyib: “Bunlar vitse-prezident təyin olunduğuna görə Mehriban Əliyevanın, digəri isə yeni dünyasını dəyişən Astan Şahvardiyevin deputat yeridir. Bu yerlərə seçkilər keçirilə bilər. Amma hələlik Mərkəzi Seçki Komissiyası bununla bağlı hər hansı qərar qəbul etməyib”. 

Qeyd edək ki, Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilir. 

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla