Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Ermənistana Azərbaycandan kim səs verib? - RƏSMİ AÇIQLAMA

Media24.az      16 Aprel , 15:15
Ermənistana Azərbaycandan kim səs verib? - RƏSMİ AÇIQLAMA

“Həmin səsvermə əvvəlki rəhbərliyin dövründə olub”.

 

Bu sözləri yenicag.az-a açıqlamasında Azərbaycan Qılıncoynatma Federasiyasının mətbuat katibi Kənan Hakimov deyib. O, Azərbaycan nümayəndə heyətinin 2016-cı ildə Polşada keçirilən səsvermə zamanı İsrailə yox Ermənistana səs verməsini  belə şərh edib:

 

“Bu hal bizdən asılı olan məsələ deyil. Həmin səsvermə əvvəlki rəhbərliyin dövründə olub. Məsələ ilə bağlı federasiya olaraq Avropa Qılıncoynatma Konfederasiyasına sorğu göndərmişik. Bu sorğuda Konfederasiyanın 2016-cı ildə Polşanın Torun şəhərində keçirilən konqresində səsvermənin nəticələrilə bağlı məlumatın göndərilməsi xahiş olunur. Biz bilmək istəyirik ki, həqiqətənmi, Azərbaycan orada iştirak edib və kiməsə səs verib. Dünən (bazar günü-red.) qeyri-iş günü olduğundan Avropa Qılıncoynatma Konfederasiyası ilə əlaqə saxlaya bilməmişik. Ona görə də məsələ ilə bağlı dünənə qədər nəsə etmək mümkün olmayıb. Yalnız bu gün səhərdən onlara sorğu göndərmişik. İndi də onların bizə göndərəcəyi cavabı gözləyirik”.

 

Qeyd edək ki, , qılıncoynatma üzrə Ermənistan milli komandasının baş məşqçisi Alik Navasardyan bəzi məqamların üstünü açıb. O, çempionatın keçiriləcəyi yerin təyin edilməyi üçün səsvermə zamanı Azərbaycanın öz səsini namizədlər sırasından İsrailə deyil, Ermənistana verdiyini bildirib:

 

“Biz bu imkanı çətinliklə qazanmışıq. 44 ölkədən 34-ü Ermənistanı dəstəklədi. Türkiyə və Azərbaycan səslərini Ermənistana verdilər. Lakin Azərbaycan komandası birincilikdə çıxış etməyəcək”.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla