Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Məşhur professor təəccübləndirməyə davam edir: “Bir fincan zeytun yağı içmək...”

Media24.az      16 Aprel , 12:22

“Zeytun yağı hər dərdə dərmandır, hətta ana südü ilə eynidir".

 

Media24.Az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən “Zeytun Yağı Günləri” proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiyi təbii ana südüdür:

 

“Zeytun yağı təbiətin böyüklərə bəxş etdiyi ana südüdür. Zeytun yağı hər dərdə dərmandır. Nazim Hikmət də deyirdi ki, 70 yaşında da zeytun ağacı əkin. Çünki zeytun hər zaman əkilməsi lazım olan bitkidir. Çox böyük sərmayədir, çox mühüm və milli sərvətimizdir. Xüsusilə zeytun yağını ağsaqqallara içirtmək lazımdır. Hər bir yaşlıya və ya müalicə alan xəstələrə bir qəhvə fincanı zeytun yağı içməyi tövsiyə edirəm. Zeytun yağı ana südü ilə eynidir. Körpələrin də içməsi xeyirdir. Zeytun meyvədir. Zeytun yağı isə bu meyvənin suyudur. Bir fincan zeytun yağı içmək mədə xorasına müalicəvi təsir göstərir, bağırsaqları təmizləyir. Tərkibindəki güclü antioksidant isə dərini cavanlaşdırır, həmçinin ürəyə və qaraciyərə də xeyirdir. Daha nə deyim, faydası çoxdur”.

 

Canan Karatay bildirib ki, dərmanlanmış zeytun ağacları zərərlidir:

 

“Ağacları dərmanlamayın, təbii olsun. 1000 dənə zərərli zeytun toplamaqdansa 100 dənə zeytun toplayın”.

 

Kardioloq sonda heyvan yağının əhəmiyyətini də vurğulayıb:

 

“Heyvanın əti heyvan yağı ilə birlikdə orqanizmə getdiyi zaman çox faydalıdır. İnsan orqanizmi zülalı yağla birlikdə qəbul etdiyi zaman faydalı olur".

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla