Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Bakı metrosunda möhtəşəm fləşmob - VİDEO

Media24.az      16 Aprel , 11:39
Bakı metrosunda möhtəşəm fləşmob - <font color=red>VİDEO</font></font>

“Bakı Metropoliteni”ndə növbəti sosialyönümlü aksiya keçirilib.

 

“Bakı Metropoliteni” QSC-dən Media24.Az-a verilən məlumata görə, budəfəki tədbirin mövzusu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi olub.

 

Xalq Cümhuriyyətinin yubileyinə “Bakı Metropoliteni” QSC-də maraqlı və özünəməxsus töhfə hazırlanıb. Qırmızı xətdə hərəkət edən sərnişin qatarında fləşmob keçirilib.

 

Fləşmobda ümummilli lider Heydər Əliyevin dilindən Səməd Vurğunun məşhur "Azərbaycan" şeirinin bir bəndi səsləndirilib. Daha sonra fləşmob iştirakçıları həmin şeirdən bir neçə bənd ifa ediblər.

 

Fləşmob ulu öndərin “...Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamının qatarda səsləndirilməsi ilə yekunlaşaraq, sərnişinlərin alqışına səbəb olub.

 

Qeyd edək ki, prezident İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı sərəncama əsasən, Cümhuriyyətin yubileyi geniş qeyd edilir.

 

Dövlət başçısının bu il yanvarın 10-da imzaladığı digər sərəncamla 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Bununla əlaqədar ölkə daxilində, eləcə də, bütün dünyada müxtəlif mövzularda tədbirlər keçirilir.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla