Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

“Bakcell”in minlərlə abunəçiyə “Ulduzum” fırıldağı – Fotofakt

Media24.az      16 Aprel , 11:34
“Bakcell”in minlərlə abunəçiyə “Ulduzum” fırıldağı –<font color=red> Fotofakt</font>

 “Bakcell” mobil operator şirkətinin oğurluğu, soyğunçuluğu və fırıldağı ilk dəfə deyil.

 

Bu şirkət illərdir ki, müxtəlif maxinasiya və kampaniyalarla abunəçiləri aldadır.

 

AzEuroNews.com-a verilən məlumata görə, növbəti fırıldaq “Ulduzum” kampaniyası adı altında həyata keçirilir.

 

Bu mexanizmi balansdan pul silməklə gerçəkləşdirirlər. Şirkət tərəfindən balansına kontur yükləyən abunəçinin telefonuna dərhal mesaj gəlir.

 

Müştəriyə şad-xürrəm xəbər verilir ki, “e-manat”dan ödəniş etdiyi üçün “5555”-ə mesaj göndərin, 3 dəqiqə bonus olaraq pulsuz danışıq əldə edin.

Amma şirkət bonus adını qoyub pulsuz 3 dəqiqə verdiyi “hədiyyə”yə görə kontur çıxırlar. Abunəçilərdən biri yazıb ki, balansında 1 manat, 93 qəpik olub.

 

“Bakcell”dən gələn mesajda yazılanlara uyğun olaraq, “5555”ə mesaj göndərib. Ona həqiqətən də 3 dəqiqə bonus verilib.

 

Ancaq əvəzində balansından 63 qəpik silinib. Onun balansı 1 manat, 30 qəpiyə düşüb. Nəticə etibarı ilə 3 dəqiqə bonus ona havayı deyil, pullu olub.

 

Şirkətin “Ulduzum” kampaniyasının növbəti fırıldaq və oğurluq adlandıran abunəçilər qeyd edirlər ki, “Bakcell”dən cana doyublar.

 

Abunəçilərin əsassız olaraq konturları silinir, oğurlanır, müştəri qoşulmadığı reklamlara abunə edilir, əvəzinə pul çıxılır.

 

Artıq əksər abunəçilər mobil operatorlarını dəyişməyə başlayıblar. 1 ildən çoxdur ki, “Bakcell” abunəçiləri onun xidmətlərindən kütləvi şəkildə imtina edirlər. Əksəriyyət digər mobil operatorlara keçməyə başlayıblar. Doğrudur, onlar da “Bakcell”dən geri qalmırlar. Lakin bu firma açıq-aşkar özbaşınalıq edir. Faktiki olaraq, “Ulduzum” kampaniyası adı ilə fırıldaq edilir.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla