Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Xaçmazda polis əməkdaşı qəzada öldü

Media24.az      15 Aprel , 13:44

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Media24.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Xaçmaz-Hacıqurbanoba yolunda baş verib.

 

1990-cı il təvəllüdlü Məmmədov Adəm Yavər oğlunun idarə etdiyi 50 CM 264 nömrəli, "VAZ 2107" markalı maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

 

Hadisə nəticəsində A. Məmmədov dünyasını dəyişib.

 

O, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olub.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla