Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

“Xalqına, dövlətinə düşmən kəsilən insanlardır…” – Deputat Milli Şuranın mitinqi haqda

Media24.az      14 Aprel , 22:38

"Milli Şura bu gün mitinq yox, piket keçirirdi. Bunu ora gələn insanların sayına baxıb demək kifayətdir. Çünki onların siyasi nüfuzu cəmiyyətdə aşağıdır. Eyni sözlər, eyni fikirlər səsləndirirdilər. Cəmiyyətə bir dənə də olsun düzgün informasiya çatdırmadılar”.

 

Bunu Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Eldar İbrahimov Milli Şuranın bu gün keçirilən mitinqinə münasibət bildirərkən deyib.

 

Eldar İbrahimov mitinqdə səslənən fikirləri yalan və böhtan adlandırıb.

 

"Dediklərinin hamısı yalan fikirlər idi. Onlar qərəzli fikirli, qərəzli adamlardırlar. Xalqına, dövlətinə düşmən kəsilən insanlardır. Ancaq demaqoqluqla məşğul olurlar. Fikirləri heç bir əsasa söykənmir. Ona görə də cəmiyyətin belə mənasız, məzmunsuz mitinqlərə heç bir ehtiyacı yoxdur”.

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla