Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Hərbi politoloq: Bəli, üçüncü dünya müharibəsi başlayıb

Media24.az      14 Aprel , 18:40

Suriyada kəskin hərbi-dramatik vəziyyətin yaranmasına baxmayaraq, bunda bəzi müsbət məqamlar da var.

 

Bunu hərbi politoloq, Q.V.Plexanov adına Rusiya iqtisadi universitetinin politoloqiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev Oxu.Az-a verdiyi açıqlamada bildirib.  

 

Ekspertin sözlərinə görə, birincisi, ilk dəfədir ki, Qərbin güclü zərbələrinə məruz qalan ölkə, özünü müdafiə edə bildi.

 

“Əlbəttə ki, burada Rusiyanın yardımını danmaq olmaz. Ancaq Suriyanın yeddi  ildən çox qana qəltan olmasını nəzərə alsaq, bugünkü günün reallıqları daha aydın olar. Demək istədiyim odur ki, Yuqoslaviya, İraq və Liviya ssenariləri artıq Suriya üçün keçərli olmayacaq”,- deyə Perenciyev bildirib.  

 

Ekspertin təbirincə, ikincisi,  ABŞ və Britaniyanın raket zərbələrindən sonra Rusiya-Suriya dostluğu, suriyalı hərbçilərin peşəkarlığı və praktiki bacarıqları daha da möhkəmləndi. Rusiya hərbi elmi isə təhlil və araşdırma üçün yeni faktlar əldə etdi:

 

“Ancaq ən əsası, Suriya xalqının özünə inam hissi, onlara meydan oxuyan hiyləgər və güclü Qərbin  istənilən ağılasığmaz təhdidlərin öhdəsindən gəlməyin və ölkəni bərpa etməyin mümkünlüyünə inamı artdı”.

“Üçüncüsü, ABŞ və Britaniya dünyaya təhdid olan terror subyektləri və sifarişçiləri özlərini ifşa etdi. İndi onların terrora qarşı savaş/müharibə ilə bağlı bütün bəyanatlarını, əsl məqsədi əksinə olaraq terroru dünyada inkişaf etdirmək və yaymaq olan, boşboğazlıq kimi nəzərdən keçirmək olar”, - deyə politoloq bildirib.

 

Ekspertin fikrinə görə, dördüncüsü, 14 aprel (2018) dünya tarixinə dünya hərbi hegemonu ABŞ və onun başda Britaniya olmaqda Qərbdən olan müttəfiqlərinin qürubunun başlanğıcı kimi düşəcək. Paralel olaraq isə Rusiya və onun müttəfiqləri, məsələn, Çinin təsir gücü artacaq.

 

“Beşincisi, Suriya HHM sisteminin zərbələri effektiv şəkildə dəf etməsi, Rusiya silahlarının dünyadakı imicini daha da artırmış oldu,  bu isə o deməkdir ki, bundan sonra dünya bazarında rusiya silahlarına tələbat daha da artacaq”, - deyə Perenciyev qeyd edib.

 

Bir müddətdən sonra, deyək ki, bir ildən sonra dünya düzəninin hansı şəkildə dəyişəcəyi sualına rusiyalı hərbi ekspert, hər şeyin uçuruma doğru yuvarlanacağını söyləyib.

 

Onun proqnozlarına görə, böyük ehtimalla başda Rusiya və Çin olmaqla güclü anti-Qərb hərbi ittifaqı yaranacaq; həmin ittifaqa Asiya, Afrika, Latın Amerikası və ola bilər hətta Avropa da qoşulacaq.  

 

“Bəli bu Üçüncü dünya müharibəsinin başlanğıcıdır”, - deyə ekspert müxbirin müvafiq sualını cavablandırıb.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla