Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Moskvadan MÜHARİBƏ ELANI - O ölkələr zərbələrə MƏRUZ QALACAQ

Media24.az      14 Aprel , 16:45

ABŞ-ın Suriyaya raket zərbələri birbaşa təcavüz aktıdır və bütün dünyanın müharibəyə cəlb edilməsidir.

 

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Dövlət Dumasının spikeri Vyaçeslav Volodin jurnalistlərə söyləyib.

 

“Birləşmiş Ştatlar suveren dövlətə təcavüz edərək beynəlxalq hüquq normalarından kənar hərəkət edir. Bu hərəkətlər birmənalı olaraq təcavüzdür. Əməliyyatlara Avropa ölkələrinin cəlb edilməsi yaxşı heç nəyə gətirib çıxarmayacaq. ABŞ dünyanı müharibəyə cəlb edir. Onlar dayandırmaq lazımdır”, - Rusiya parlamentin aşağı palatasının başçısı deyib.

 

Onun sözlərinə görə, Suriya zərbərlər beynəlxalq terrorizmlə mübarizə üzrə səylərə mənfi təsir göstərəcək:

 

“Zərbə altında yalnız Suriyanın xalqı deyil, həm də başqa ölkələr, ilk növbədə Avropa ölkələri qalacaq”.

 

Qeyd edək ki, bu gün ABŞ, İngiltərə və Fransa Suriyaya 103 qanadlı raket atıb. Rusiya Baş qərargahının məlumatına görə, bunlardan 71-i zərərsizləşdirilib. Raket zərbələri aprelin 7-də Suriyanın Duma şəhərində kimyəvi silahın tətbiqinə cavab olub. Bu xəbərləri isə bir sıra qeyri-hökumət təşkilatı, həmçinin “Ağ kaskalar” təşkilatı yaydı. Rusiyanın Müdafiə Nazirliyi bildirirdi ki, sonuncu təşkilat etibarlı informasiya mənbəyi deyil. Rusiya nümayəndələri aprelin 9-da Duma şəhərində müayinə keçiriblər, amma orada kimyəvi silahın tətbiqinin izləri tapmayıblar.

 

Bu gün isə Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı hadisə yerində işə başlamalı idilər.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla