Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Putin və Medvedevin gəlirləri açıqlandı

Media24.az      13 Aprel , 21:10
Putin və Medvedevin gəlirləri açıqlandı

Rusiya prezidenti Vladimir Putinin gəlirləri  2017-ci ilin yekunlarına görə, (ötən illə müqayisədə) 10 milyon rubl artaraq, 18,7 milyon rubla çatıb.

 

Oxu.Az xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunan gəlir bəyannamələrində qeyd olunur.

 

Maraqlıdır ki, Putinin hər il bəyannaməyə daxil etdiyi 1500 kvadrat metrlik torpaq sahəsi bu dəfə daşınmaz əmlaklarının siyahısından çıxarılıb. Digər daşınmaz əmlak  obyektləri, 77 və153 kvadrat metrlik mənzilləri və 18 kvadrat metrlik qarajı olduğu kimi qalıb.

 

Rusiya prezidentinin daşınar əmlaklarına gəlincə onun mülkiyyətində iki ədəd “QAZ M-21”, bir ədəd “Niva” markalı avtomobil və “Skif” markalı qoşqu var.

 

Baş nazir Dmitriy Medvedevə gəlincə onun 2017-ci ilə olan gəlirləri 8,5 milyon rubl göstərilib. Bu 2016-cı illə müqayisədə 21 min rubl az olub.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla