Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Azərbaycanda Dollar alışını 3-cü Dünya müharibəsi xofu da artırıb

Media24.az      13 Aprel , 16:10

Son günlər ABŞ və Rusiya arasında Suriya məsələsinə görə yaranmış gərginlik nəticəsində Rusiya Rublu və Türkiyə Lirəsi kəskin dəyərdən düşdü. Nəticədə Azərbaycan bazarında da təşviş yarandı, banklarda Dolların qiyməti qalxdı, hətta bir sıra banklar Dollar satışını dayandırdı.

 

Mərkəzi Bank narahatçılığa əsas olmadığını bəyan etdi və buna əsas kimi bahalaşan neft nəticəsində tədiyyə balansının profisitinin yüksək olmasını, sadə şəkildə desək, ölkəyə daxil olan dollar kütləsinin çıxan dollar kütləsindən çox olduğunu göstərdi.

 

Bəs insanlar niyə narahatdırlar? 

 

Son günlər bir çox insanların Dollar almağa üz tutmalarına, tam "ajiotaj" adının verilməsi doğru deyil. Çoxları düzgün qərar verərək pullarını Dollara çeviriblər. Çünki ABŞ və Rusiyanın Suriyada qarşı-qarşıya gəlməsi, çoxdandır danışılan 3-cü Dünya müharibəsinin başlamasına səbəb ola bilər. Trampın bir-birinin ardınca kəskin açıqlamaları bu riski xeyli artırıb. Unutmaq olmaz ki, hər iki dövlət nüvə (atom) silahına malikdir.

 

Dünya siyasətini yaxından izləyənlər yaxşı bilirlər ki, Qərbin birinci hədəfində İran, sonra da Rusiya və Türkiyədir. Yaxın Şəqdə qarışıqlıq bu məqsədlə yaradılıb. Təsəvvür edin, 3-cü Dünya müharibəsi başlayıb və bu müharibənin iştirakçıları bizim qonşularımızdır. Sizcə, belə olan halda hər şey əvvəlki kimi olacaq? Bu müharibə Azərbaycanın iqtisadi vəziyyətinə - idxalına, ixracına, böyük layihələrinə təsir etməyəcək? Bəs tədiyyə balansı necə olacaq? 

 

Yəqin ki, 3-cü Dünya müharibəsi olsa Azərbaycan vətəndaşlarına Manatdan daha çox Dollar lazım olacaqdır. Buna görə, Trampın son sərt açıqlamalarından sonra Dollar alanları "savadsızlıqda" ittiham edənlərin özləri dünyadan xəbərsizdirlər. Dollar almağa imkanı olanların əksəriyyəti avam insanlar deyillər. Onlar həm də uzaqgörəndirlər.

 

Ümid edək ki, 3-cü Dünya müharibəsi olmayacaq və Manat üçün pis ssenarilər reallaşmayacaqdır.

 

© Marja

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla