Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Azər Vüsalə barədə: "Övladımın anasıdır, yazılara diqqət edin" - FOTO

Media24.az      13 Aprel , 15:31
<font color=red>Azər Vüsalə barədə:</font> FOTO" style="margin-bottom: 20px; margin-top:0px; width: 100%;" />

Aparıcı Azər İsmayılovun son günlər ayrıldığı həyat yoldaşı Vüsalə Əlizadə ilə tez-tez görüntülər paylaşması diqqət çəkib.

 

Media24.Az axşam.az-a istinadən bildirir ki, Azər yenidən Vüsalə ilə şəklini İnstaqram səhifəsində yayımlayıb. O, illər əvvəl çəkilən fotolarına bu sözləri yazıb:

 

"Əvvəlcədən xəbərdarlıq edim: bu şəkli paylaşıram, boş-boş fikirlər yazmayın ki, kim kiminsə üçün darıxır, ay nə bilim sevir, peşmandır. Sadəcə, hörmət edin fikirlərinizə. İnternetdə min ədəd bu cür şəkillər var. Arxivdən tapdım və paylaşdım. Hə, bir də övladımın anasıdır, yazılara diqqət edin, fotoya hörmətlə yanaşın. "Like"lara görə təşəkkür edirəm".

 

Qeyd edək ki, Azər və Vüsalə cütlüyü 2013-cü ildə ayrılıb. Onlar qalmaqallı şəkildə boşanmışdılar. Cütlüyün Dilək adlı bir qız övladı var. Azər 2016-cı ildə ikinci dəfə ailə qurub.

 

Son günlər isə aparıcının yenidən Vüsalə ilə tez- tez şəkil paylaşması diqqət çəkib. O, bundan əvvəl "Youtube" kanalında "Azərlə Vüsalə Diləyin ad günündə" başlığı ilə video paylaşmışdı. Videoda V.Əlizadə yer almamışdı.

 

A.İsmayılovun növbəti paylaşımı izləyicilərinin müzakirəsinə səbəb olub. Bir çoxları onu qınayıb. Bir çoxları isə Azərin ikinci həyat yoldaşından da ayrıldığını və Vüsalə ilə barışmağa çalışdığını yazıb.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla