Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Tarixdə keçmiş hadisələr

Media24.az      12 Aprel , 22:35

Tarixdə keçmiş hadisələr.

 

•  Jake Fen adlı Macarıstan sakini həyat yoldaşını qorxutmaq üçün evdə özünü asır. Evə gələn qadın həyat yoldaşını asılı görüb huşunu itirir, bu zaman qonşu qapının açıq olduğun görüb evə daxil olur, qonşu ev sakinlərinin oldüklərini bilib evi soymağa başlayır, evdən çıxarkən qadını ayaqla vuran qonşu onun ayıldığın görüb qorxur və ölür. Hadisə sonrasında qonşunun ölümünə səbəb olan Jake Fen bəraət qazanır.  

 

•  1975-ci ildə İngilis ər və onun həyat yoldaşı televizorda ən sevdikləri proqramı izləyərkən kişi gülmə krizinə girir. Yarım saat davam edən kriz sonrası kişi həyatını itirir. Ərinin dəfnindən sonra qadın proqram prodüserinə məktub yazaraq ərinin həyatının son anlarında onu xöşbəxt etdikləri üçün təşəkkürünü bildirir.

 

• 1840-cı ildə Amerikada prezident seçilən Vilyam Henri Harrison cox soyuq bir gündə Vaşinqtonda vəzifəyə təyin olunmasına görə bir tədbir keçirdir. Havanın soyuq olmasına baxmayaraq prezident uzun bir nitq səsləndirir.Soyuqdəymədən sonra sətəlcəm olan Vilyam Henri Harrison 1ay sonra bu xəstəlikdən vəfat edir.

 

• 1983-cü ildə mağazada oğurluq edən bir qadın polislər tərəfindən saxlanılır.Lakin qadın polislərə onu buraxmayana qədər nəfəsini saxlayağını bildirir. Buna məhəl qoymayan polislər qadını buraxmır və nəticədə qadın nəfəsini ölənə qədər saxlayır.

 

• Arizonalı bir şəxs qandallarla oynayarkən səhvən özünü qandallayır və açarı tapa bilmir. Qandalı açmaq üçün çilingər əvəzinə polisi çağıran şəxs problemlə qarşılaşır. Qandalı açan polislər həmin şəxsin ödənməmiş kəfalət borcu olduğunu müəyyənləşdirir və onu yenidən qandallayır.

 

Şahin Cəfərov

Загрузка...
loading...
Loading...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla