Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Vladimir Putin: "Seçkilərdə inamlı qələbə İlham Əliyevin siyasi nüfuzunu təsdiq edir"

Media24.az      12 Aprel , 12:22
Vladimir Putin:

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti vəzifəsinə təkrar seçilməsi münasibətilə İlham Əliyevi təbrik edib.

 

Media24.Az xəbər verir ki,Trend bu barədə Kremlin saytına istinadən məlumat verir.

 

Öz təbrikində Rusiya dövlət başçısı qeyd edib ki, seçkilərdə inamlı qələbə İlham Əliyevin siyasi nüfuzunu təsdiq edir, Azərbaycanın qarşısında dayanan aktual sosial-iqtisadi və xarici siyasi məsələlərin həllində xidmətlərinin tanınmasını ifadə edir.

 

Rusiya Prezidenti İlham Əliyevin Moskva ilə Bakı arasında dostluq, mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi üzrə səylərini yüksək qiymətləndirib və əminliyini ifadə edib ki, birgə səylərlə dövlətlər bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın, eləcə də regional və beynəlxalq məsələlərdə tərəfdaşlıq fəaliyyətiniin inkişafını təmin edəcək ki, bu da Rusiya və Azərbaycan xalqlarının köklü maraqlarına cavab verir.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla